Sadələşdirilmiş vergi ödəyicilərinin bəyannamə göndərməsi asanlaşacaq

Sadələşdirilmiş vergi ödəyicilərinin bəyannamə göndərməsi asanlaşacaq
22.05.2025 18:05 İqtisadiyyat

Azərbaycanda sadələşdirilmiş vergitutma rejimində işləyən vergi ödəyicilərinin bəyannamələrinin göndərilməsinin asanlaşdırılması üzərində intensiv işlər aparılır. 

TodayPress TV İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclasında məlumat verilib. 

İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir. Tədbirdə qurumla yanaşı, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, İşçi qrupuna daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər. 

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin I rübündə, habelə ondan sonrakı dövrdə görülən işlər barədə məlumat təqdim olunub.

Qeyd olunub ki, ötən müddət ərzində vergi ödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib. 

Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə İşçi qrupunun üzvlərini məlumatlandırıb, ötən müddət ərzində həyata keçirilən təhlil, araşdırmalar və Ombudsman xidmətinin əsas fəaliyyət prinsiplərini diqqətə çatdırıb. 

İclasda 2025-ci il üzrə Yol Xəritəsinin hədəfləri üzrə nəzərdə tutulan işlər də müzakirə olunub.

İlin sonunadək Yol Xəritəsi üzrə qarşıda duran hədəflərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına tapşırıqlar verilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər