Prezidentdən yeni qərar: Kimlər faydalanacaq?

Prezidentdən yeni qərar: Kimlər faydalanacaq?
27.11.2025 14:18 İqtisadiyyat

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, ölkədə “Ərzaq təminatı xəritəsi” adlı yeni informasiya sistemi formalaşdırılır. Sənədə görə, sistemin sahibi və operatoru İqtisadiyyat Nazirliyi olacaq. Nazirlər Kabinetinə isə üç ay müddətində əsasnaməni təsdiq etmək və fərmandan irəli gələn digər tapşırıqları icra etmək tapşırılıb.

Bəs bu platformanın ərzaq təhlükəsizliyi və bazar tənzimlənməsi baxımından hansı təsirləri olacaq?

Məsələni TodayPress TV-yə şərh edən iqtisadçı Elçin Rəşidov bildirib ki, belə mexanizmlər müəyyən şərtlərdə faydalı alətə çevrilə bilər:


""Ərzaq təminatı xəritəsi" kimi mərkəzləşdirilmiş planlaşdırma alətləri - planlı iqtisadiyyata əsaslanan iqtisadi sistemlərdə bəzən mühüm rol oynayır. Dövlət bu yolla hansı kənddə və ya rayonda hansı ərzaqların nə qədər olduğunu izləyə, anbar və ticarət şəbəkələrinin təchizatını planlaşdıra bilər. Eyni zamanda, əhali tələbatı müəyyən olunaraq qabaqlayıcı logistika tədbirləri həyata keçirilə bilər. Toplanan istehlak məlumatları isə həm idxal, həm də istehsal planlarının hazırlanmasına dəstək verir".

İqtisadçı vurğulayıb ki, Azərbaycanın hazırkı iqtisadi modelində belə mərkəzləşdirilmiş yanaşmaların effektivliyi sual altındadır:

"Ölkədə bazar iqtisadiyyatı mövcuddur və bu sahələri əsasən bazar özü tənzimləyir. Bu halda İqtisadiyyat Nazirliyinin belə bir sistemlə məşğul olması əlavə xərclər yaradır. Büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmalıdır".

Ekspertin sözlərinə görə, sistemin məqsədləri və real faydası hələ rəsmi şəkildə əsaslandırılmayıb:

"Faydası tam izah edilməmiş bir qurumun yaradılması büdcəyə əlavə yük gətirə bilər. Üstəlik, İqtisadiyyat Nazirliyinin həm iqtisadi, həm də təşkilati potensialı zəifdir. Nazirliyin tərkibindəki şirkətlərin səmərəli və şəffaf idarə olunmasına dair ciddi suallar var. Bu qurumlar çox vaxt iqtisadiyyata xeyirdən çox yük yaradır".

Elçin Rəşidov hesab edir ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün artıq funksional səmərəliliyi olmayan strukturlardan və xərclərdən imtina edilməlidir:

"İqtisadiyyatın irəliləməsi üçün büdcəni və iqtisadi sistemi lazımsız ballastlardan təmizləmək vacibdir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 All News