Ötən il Monqolustandan 900 tona yaxın ət idxal edilib

Ötən il Monqolustandan 900 tona yaxın ət idxal edilib
16.02.2026 14:02 İqtisadiyyat

2025-ci ildə Azərbaycana Monqolustandan 3.6 milyon ABŞ dolları dəyərində 897 ton quzu və qoyun əti idxal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Monqolustandan ət idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 77% və, məbləğ baxımından isə 77.8% artıb. Belə ki, 2024-cü ildə ölkəyə 2 milyon 25 min ABŞ dolları dəyərində 506.4 ton qoyun və quzu əti idxal edilmişdi.

Hesabat dövründə Azərbaycana Monqolustandan gətirilən qoyun ətinin orta idxal qiyməti 6.8 manat təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycana Monqolustandan ümumi idxalın həcmi 4 milyon 15.9 min ABŞ dolları, Azərbaycandan Monqolustana ixracın həcmi isə 282.9 min ABŞ dollar təşkil edib.

Bu dövrdə Azərbaycandan Monqolustana əsasən şokolad və ondan hazırlanan məmulatlar, unlu qənnadı məhsullar, şirin quru peçenye, alma, armud və üzüm ixrac edilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 All News