Milli standartlaşdırma sisteminə dair iclas keçirildi

Milli standartlaşdırma sisteminə dair iclas keçirildi
25.12.2025 16:08 İqtisadiyyat

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə ilin yekunlarına dair onlayn iclas keçirilib.

TodayPress TV xəbər verir ki, iclasda Agentliklə yanaşı, milli texniki reqlamentlərin hazırlanmasına məsul olan Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

Görüşdə Agentlik sədrinin müşaviri İlqar Həsənov, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev, həmçinin müvafiq dövlət orqanları nümayəndələrinin çıxışları dinlənilib.  

Çıxışlar zamanı Dövlət Proqramından irəli gələn texniki reqlamentlərin və istinad standartlarının qəbuluna dair 2025-ci il üzrə iş planında nəzərdə tutulmuş tapşırıqların, o cümlədən müxtəlif dövlət orqanları tərəfindən hazırlanmış milli texniki reqlament layihələrinin icra statusu barədə məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda bu layihələrin hazırlanması və həyata keçirilməsi prosesində qarşıya çıxan çətinliklər ətrafında müzakirələr aparılıb.  

Bundan əlavə, cari ildə Agentlik və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə milli texniki reqlament layihələrinə dair keçirilmiş ictimai dinləmə və müzakirələrdən bəhs olunub. Bildirilib ki, daha əvvəl Agentliyin rəsmi internet səhifəsi üzərindən texniki reqlament layihələri ilə bağlı maraqlı tərəflərin rəy və təklifləri alınaraq mütəmadi şəkildə aidiyyəti dövlət orqanlarına təqdim edilib. 

Qeyd edək ki, İş Planına uyğun olaraq səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair ümumilikdə 43 milli texniki reqlament layihəsi hazırlanıb. Sözügedən reqlamentlər ilkin mərhələdə əhali tərəfindən geniş istehlak olunan yuyucu vasitələri, ətriyyat-kosmetika, yanacaq və yüngül sənaye məhsulları, tikinti materialları, tütün, elektrotexnika və radioelektronika məmulatları, uşaq oyuncaqları, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş məhsullar, mebel və digər qeyri-qida istehlak mallarını əhatə edir.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlər üçün yeni standart 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 All News