MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artdı

MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artdı
30.08.2025 11:20 İqtisadiyyat

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 603,7 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 25,9 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 10,6 % artaraq 1 milyard 37,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 31,2 % artaraq 3 milyard 566,2 milyon ABŞ dolları olub.

7 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,8 %, idxalında payı isə 26,2 % olub.

Konkret ölkələrə gəlincə isə, yanvar-iyul aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 69,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 721,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2 milyard 348,5 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 19,3 %, ixrac 9,9 %, idxal isə 22,5 % artıb.

Azərbaycanın Belarusla ticarət dövriyyəsini dəyəri 239,1 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 45,1 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 194 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,6 %, idxal 12,9 % azalıb, ixrac isə 77,4 % artıb. 

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 517,2 milyon 156 min ABŞ dolları, o cümlədən bu ölkəyə  ixracının dəyəri 60 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 457,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 53,3 %, idxal isə 4,7 dəfə artıb.

Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 154 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 37,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 116,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 41 %, ixrac 29,5 %, idxal isə 44 % azalıb.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 268,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 35,4 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 233,5 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,2 dəfə, ixrac 1,9 dəfə, idxal isə 2,3 dəfə artıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Bütün Xəbərlər