İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirildi

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirildi
31.10.2025 18:30 İqtisadiyyat

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası öz işinə başlayıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Jeço Stankov qeyd edib ki, Bolqarıstan tərəfi qarşılıqlı maraq doğuran bütün sahələrdə - ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanı Bolqarıstanın strateji iqtisadi tərəfdaşı adlandıran Jeço Stankov enerji sahəsində əlaqələrin ikitərəfli münasibətlərdə əsas rol oynadığını vurğulayıb. O əlavə edib ki, Bolqarıstan enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini prioritet istiqamət kimi müəyyən edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə mühüm önəm verir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycanın Bolqarıstanla qurulmuş çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini və bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Həmsədr iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib və bildirib ki, birgə təşkil olunan biznes forumlar, ixracyönümlü rəqabətqabiliyyətli məhsullar haqqında mütəmadi məlumat mübadiləsi aparmağa imkan verəcək.

Nazir Azərbaycanın istehsal etdiyi məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının  Bolqarıstan vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələrə ixracı ilə bağlı yaranan çətinliklərin və bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyinə toxunub. Məcnun Məmmədov hər iki ölkənin iş adamlarını məhsul ixracı üçün əlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye, energetika, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 8-ci iclasının gələn il Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər