Azərbaycanda balıq niyə bahalaşıb? - İqtisadçı səbəbləri açıqladı

Azərbaycanda balıq niyə bahalaşıb? - İqtisadçı səbəbləri açıqladı
08.09.2025 15:56 İqtisadiyyat

"Azərbaycanda balıq qıtlığı və qiymətlərin artmasının bir neçə əsas səbəbi var. Burada həm təbii ehtiyatların azalması, həm də idxaldan asılılıq mühüm rol oynayır".

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illərdə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatı azalıb.

"Həddindən artıq ovlama, brakonyerlik, iqlim dəyişikliyi və çirklənmə nəticəsində bazara çıxarılan balığın miqdarı azalır. Tələb çox, təklif isə az olduğundan qiymətlər qalxır".

İqtisadçı əlavə edib ki, Azərbaycanda istehlak edilən balığın böyük hissəsi idxaldan asılıdır:

"Norveçdən qızılbalıq, Rusiyadan siyənək və digər ölkələrdən dondurulmuş balıq gətirilir. Xaricdə qiymət bahalaşanda və ya logistika xərcləri artanda, bu, daxili bazara da təsir edir. Balıq təsərrüfatlarının zəif inkişafı da bazarda boşluq yaradır. Daxili istehsal tələbatı ödəmədiyindən, bazarda da idxaldan asılılıq artır. Ən real ucuzlaşma mənbəyi akvakulturadır. Əgər bu sahə inkişaf etsə, 2-3 ilə bazara təsiri görünə bilər".

Ekspert onu da vurğulayıb ki, qiymətlərin qısa müddətdə ucuzlaşması gözlənilmir:

"6-12 ay ərzində qiymətlərdə azalma ehtimalı yoxdur, hətta bahalaşma davam edə bilər. 2-3 ilə balıq təsərrüfatlarının inkişafı və idxal mənbələrinin şaxələndirilməsi qiymətləri sabitləşdirə bilər. Uzun müddətdə, yəni 5 ildən sonra isə dövlət dəstəyi və ekoloji tədbirlər güclü olsa, balıq daha əlçatan ola bilər", - deyə Akif Nəsirli fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər