Agentliyin rəhbərliyi Türkiyədə vörkşopda iştirak etdi

Agentliyin rəhbərliyi Türkiyədə vörkşopda iştirak etdi
01.05.2026 13:26 İqtisadiyyat

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Rəqabət Qurumunun təşkilatçılığı ilə keçirilən “Hökmran mövqedən sui-istifadə halları üzrə qabaqcıl təcrübələr” adlı vörkşopda iştirak edib. 

Tədbirin keçirilməsində məqsəd Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin və Balkan regionu ölkələrinin rəqabət qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. 

Tədbirdə hökmran mövqedən sui-istifadə hallarının aşkarlanması, qiymətləndirilməsi və qərarvermə təcrübəsi ilə müzakirələr və təqdimatlar keçirilib. Agentliyin şöbə müdiri Şəmsi Rzalı tədbir çərçivəsində Azərbaycan Respublikasında rəqabət orqanı qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəqabətin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. Bu çərçivədə qəbul edilmiş Rəqabət Məcəlləsində müvafiq bazar payının və hökmran mövqenin müəyyən edilməsi meyarları, həmçinin hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin mövcudluğu vurğulanıb bu halların qarşısının alınmasında Azərbaycan Respublikasında formalaşmış təcrübə praktiki nümunələrlə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 All News