Agentlik və İşəgötürənlər arasında Əməkdaşlıq Memorandumu imzalandı

Agentlik və İşəgötürənlər arasında Əməkdaşlıq Memorandumu imzalandı
11.12.2025 18:23 İqtisadiyyat

Memorandum çərçivəsində tərəflər sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması və digər əlaqəli sahələrdə birgə tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq edəcəklər.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Görüşdə sənaye, istehsal, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, rabitə, ticarət, xidmət və digər sahələr üzrə biznes icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə çıxış ediblər. Biznes subyektləri ilə açıq dialoqun aparılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılması, bazar münasibətlərində bərabər şərtlərin təmin olunması və rəqabətə əsaslanan iqtisadi nizamın təşviqinin strateji prioritetlər olduğu diqqətə çatdırılıb. Dövlət satınalmaları, o cümlədən istehlakçı hüquqlarının müdafiəsi üzrə mövcud sahəvi qanunvericiliyin müasir çağırış və tələblərə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlandığı vurğulanıb.

Görüş zamanı Agentliyin Aparat rəhbərinin müavini Orxan Məmmədov, eləcə də ASK-nın baş katibi Ziya Hacılı təmsil etdikləri qurumların strukturu və fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər. Daha sonra Agentliyin sədrinin müşavirləri Cəfər Babayev və İlqar Həsənov müvafiq olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn məsələlər və ölkədə texniki tənzimləmə sisteminin yaradılması, texniki reqlamentlərin qəbulu ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Tədbirin davamında dövlət və publik hüquqi şəxslərin kommersiya fəaliyyəti, dövlət satınalmalarının səmərəli həyata keçirilməsi, satınalma sahəsində müraciətlərin araşdırılması mexanizmləri, həmçinin təchizatçıların uyğunluğuna və satınalma predmetinə dair sənədlərin optimallaşdırılması istiqamətində biznes ictimaiyyətinin təklifləri dinlənilib, təkliflərlə əlaqədar lazımi tədbirlərin görülməsi imkanları müzakirə edilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun məqsədi ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması, eləcə də birgə tədbirlər vasitəsilə iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

NEWS FEED
16 JUNE 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 All News