2026-cı ilin ilk ayında büdcə gəlirləri proqnozu üstələyib

2026-cı ilin ilk ayında büdcə gəlirləri proqnozu üstələyib
12.02.2026 15:05 İqtisadiyyat

2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

TodayPress TV Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32,0 milyon manat və ya 0,9 faiz üstələyib.

Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 050,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487,0 milyon manat təşkil edərək proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox, Dövlət Neft Fondundan transfert isə 1 070,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.

Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 500,0 milyon manat proqnoza qarşı 1 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.

2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 411,9 milyon manat, xərcləri isə 1 717,5 milyon manat məbləğində icra edilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News