Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi?

Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi?
04.08.2026 15:16

Qədim İrəvan şəhərində və ümumilikdə Qərbi Azərbaycan ərazisində tarixən çoxsaylı məscidlər, kilsələr və digər dini-mədəni irs nümunələri mövcud olub. Lakin müxtəlif dövrlərdə baş verən müharibələr, işğallar və siyasi proseslər nəticəsində bu abidələrin əksəriyyəti dağıdılıb, təyinatı dəyişdirilib və ya tamamilə məhv edilib. Tarixi mənbələrdə adı keçən belə abidələrdən biri də İrəvan şəhərində yerləşən Rəcəb Paşa məscididir.

TodayPress TV xəbər verir ki, bu barədə siyasi ekspert, ilahiyyatçı Tural İrfan danışıb.


O bildirib ki, Rəcəb Paşa məscidi XVIII əsrdə Osmanlı hakimiyyəti dövründə inşa edilmiş və uzun müddət İrəvanın mühüm dini-memarlıq abidələrindən biri olub.

"1724-cü ildə İrəvan yenidən Osmanlı dövlətinin nəzarətinə keçdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində yeni bir məscidin tikintisinə göstəriş verilib. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın elmi araşdırmalarına əsasən, 1725-ci ildə İrəvan qalasının daxilində inşa edilən bu məscid sonradan onu tikdirən şəxsin adı ilə – Rəcəb Paşa məscidi adlandırılıb".

Onun sözlərinə görə, məscid dövrünün memarlıq xüsusiyyətlərini özündə əks etdirirdi.

"Rəcəb Paşa məscidi düzgün paralelepiped formasında tikilmiş, sferik günbəzlə örtülmüşdü. Tikili Şərq memarlıq üslubuna uyğun həndəsi ornamentlərlə bəzədilmişdi və İrəvan qalasının ən diqqətçəkən dini abidələrindən hesab olunurdu. 1827-ci ildə İrəvan qalasının Rusiya imperiyasının qoşunları tərəfindən işğalından sonra məscidin taleyi dəyişdirilib. 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal olunduqdan cəmi bir gün sonra məscidin günbəzindəki ay-ulduz götürülərək onun yerinə xaç və kilsə zəngi asılıb. Bununla da Rəcəb Paşa məscidi rus pravoslav kilsəsinə çevrilib. Sonrakı dövrdə binanın xarici görünüşü də dəyişdirilib, fasadına silindrik sütunlar əlavə olunub, dam örtüyü yenilənib və tikili xristian məbədi formasına salınıb".

Ekspert vurğulayıb ki, həmin tikilinin tarixi görünüşü dövrün təsviri sənət nümunələrində də əksini tapıb.

"Rəssam Frans Rubonun İrəvan qalasının işğalını əks etdirən məşhur əsərində ön planda Rəcəb Paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidi təsvir olunub. Bu əsər həmin dövrdə İrəvanın memarlıq simasını öyrənmək baxımından mühüm mənbələrdən biridir".

Tural İrfan əlavə edib ki, sonrakı illərdə bu tikili də tamamilə aradan qaldırılıb.

"1930-cu illərdə Sovet hakimiyyəti dövründə həyata keçirilən 'Allahsızlar' kampaniyası zamanı artıq pravoslav kilsəsinə çevrilmiş bina da sökülərək yer üzündən silinib. XX əsrin əvvəllərində İrəvandakı digər Azərbaycan məscidləri də müxtəlif məqsədlərlə istifadə olunub. 1918–1920-ci illərdə erməni daşnak hökuməti dövründə, daha sonra isə Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan və Hacı Novruzəli bəy məscidlərində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı".

İlahiyyatçı vurğulayıb ki, 1924-cü ildən etibarən İrəvanın yeni baş planının icrasına başlanıldıqdan sonra Azərbaycan xalqına məxsus tarixi-memarlıq irsinin sistemli şəkildə sıradan çıxarılması prosesi sürətlənib.

"1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edildikdən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə başlanıldı. Onların yerində yaşayış məhəllələri, meydanlar və parklar salındı".

O, rəsmi mənbələrə istinadən qeyd edib ki, vaxtilə İrəvanda çoxsaylı məscid fəaliyyət göstərsə də, onların böyük hissəsi günümüzə qədər gəlib çatmayıb.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? — 1
NEWS FEED
20 AUGUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 All News