Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR

Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR
07.08.2026 15:50

Professor, tarixçi Zaur Əliyev sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadəyə aid olduğu iddia edilən və Nuru Paşa ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, Rəsulzadənin sözlərinin təhrif edildiyini və bunun tarixi faktlarla uzlaşmadığını deyib.


Tarixçinin sözlərinə görə, sosial mediada guya M.Ə.Rəsulzadənin Nuru Paşa ilə görüşündə “Türklərin Bakını ikinci dəfə xilas etməsi və Səfəvilərdən geri alması” ifadəsini işlətdiyi iddia olunur. Lakin o bildirib ki, Rəsulzadənin 1918-ci ildə yazdığı məqalədə belə bir fikir yoxdur:

"Rəsulzadənin sözlərini niyə təhrif edirsiniz? Axı o cümlə belədir: "Türklər Bakıda ilk dəfə deyildirlər. Böylə bir vəziyyəti-siyasiyyəni Bakı bundan 350 sənə əvvəl dəxi keçirmişdir. O vaxt Özdəmiroğlu Osman paşa bir miqdar əsgərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakını almışdı". Sitat 1918-ci il 14 noyabr tarixli “Azərbaycan” qəzetinin 39-cu nömrəsində dərc olunub və məhz bu formada yer alır".

O vurğulayıb ki, Özdəmiroğlu Osman Paşa ilə Nuru Paşanı eyni müstəvidə qiymətləndirmək düzgün yanaşma deyil:

"İşğalçı Özdəmiroğlu Osman Paşa ilə xilaskar Nuru Paşanı bir tutmaq ən azından tarixə xəyanətdir. Nuru Paşa Bakını erməni-rus işğalçılarından xilas edib. Özdəmiroğlu isə kimi xilas edib? III Murad dövründə Osmanlı imperiyasının sədrəzəmi olmuş Özdəmiroğlu Osman Paşanın Şirvana yürüşünün məqsədi Bakı və ətraf əraziləri Osmanlı dövlətinin tərkibinə qatmaq idi. Bakı həmin dövrdə Səfəvilər dövlətinin Şirvan bəylərbəyliyinin tərkibində idi. 1578-ci ildə Osmanlı qoşunları Şirvan bölgəsinə yürüş edərək Bakını və ətraf əraziləri Osmanlı imperiyasının tərkibinə qatdı. Bununla kifayətlənməyərək, Səfəvilərə sadiq qalan yerli əhali və qızılbaş tayfalarına qarşı kütləvi cəza tədbirləri həyata keçirildi".

Professor bildirib ki, həmin yürüş zamanı yerli əhali ciddi itkilərlə üzləşib:

"Qoşunun təchizatını təmin etmək məqsədilə yerli əhalinin ərzaq və mülkiyyəti müsadirə olundu, bir çox yaşayış məntəqələri qarət edildi. Səfəvilər tərəfində duran və ya itaət etməyən minlərlə yerli sakin əsir götürüldü, onların bir hissəsi qul kimi aparıldı. Müqavimət göstərən yerli idarəçilərin başları kəsilərək İstanbula göndərildi, "itaətsiz" hesab edilənlərin əmlakı müsadirə olundu".

Zaur Əliyev əlavə edib ki, qızılbaşlara yardım etməkdə şübhəli bilinən yaşayış məntəqələri də ağır cəzalara məruz qalıb:

"Qızılbaş qoşunlarına kömək etməkdə şübhəli bilinən kənd və yaşayış məntəqələri yandırılmış, sakinlər qətlə yetirilmiş və ya sürgün olunmuşdu. Şirvan cəbhəsində əsir alınan qızılbaş əmirləri və döyüşçüləri sistemli şəkildə edam edilmişdi. Avropa və Osmanlı mənbələrində də həmin dövrdə baş vermiş hadisələr haqqında geniş məlumatlar yer alır. Avropa qaynaqlarında, hətta Osmanlı mənbələri belə yazır ki, Osman Paşanın işğalının bir neçə günü ərzində Təbrizdə minlərlə dinc sakin – qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla – qətlə yetirilmiş, yüzlərlə ev viran edilmiş, çoxlu sayda insan əsir götürülərək qul kimi satılmışdır. Təbrizin tarixi tikililəri, bazar və yaşayış məhəllələri böyük zərər görmüş, şəhər uzun müddət əvvəlki iqtisadi və mədəni əzəmətini bərpa edə bilməmişdir".

Professor sonda Nuru Paşanın Azərbaycan tarixində fərqli yerə sahib olduğunu vurğulayıb:

"Nuru Paşa Azərbaycan türklərinin soyqırımına məruz qaldığı, dövlətçiliyinin məhv olmaq təhlükəsində olduğu bir anda köməyə gələn və Bakını azad edən xilaskar sərkərdə obrazıdır. Özdəmiroğlu Osman Paşa isə qətliamlar törədən, digər məzhəbdən olan türklərin başını kəsən, evləri yandıran, əhalinin əlindən çörəyini alan bir işğalçıdır. Ona görə müqayisə edəndə Nuru Paşanı xilaskarlarla edin, işğalçılarla yox", - deyə o, fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 All News