Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ

Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ
09.08.2026 06:20

Övladına qoyduğu ada görə tətbiq edilən cəriməni ödəməyən Norveç vətəndaşı Kirsti Larsen barəsində iki günlük həbs qərarı çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Mirror" qəzeti yazıb.

Məlumata əsasən, Norveç rəsmiləri yeni doğulan uşağa verilən Geşer adını xarici mənşəli olması səbəbindən qəbul etməyiblər.

Bundan əlavə, həmin adın oğlan uşağı üçün uyğun olmadığı və Gezer soyadına çox bənzədiyi üçün çaşqınlıq yarada biləcəyi qeyd edilib.

Yerli hakimiyyət orqanları ilə yaranan anlaşılmazlıq nəticəsində körpənin vaxtında qeydiyyata alınmaması səbəbindən Larsenə 1 600 kron məbləğində cərimə tətbiq edilib. Lakin o, cəriməni ödəməyin "öz təqsirini etiraf etmək" anlamına gələcəyini düşünərək məbləği ödəməkdən imtina edib. Heç bir gəlir mənbəyi və müsadirə edilə biləcək əmlakı olmadığı üçün ödənilməmiş cərimə iki günlük həbslə əvəz olunub və qadın cəzasını çəkib.

Bildirilir ki, Geşer adının seçilməsi Kirsti Larsenin gördüyü yuxu ilə əlaqədardır. Belə ki, o, yuxuda bir səsin ona oğluna "körpü" adını verməsini söylədiyini eşidib. Nəticədə qadın övladına bu sözün ivrit dilindəki qarşılığını ad kimi verməyə qərar verib.

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 All News