Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA

Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA
22.07.2026 16:55

TodayPress TV-nin qaynar xəttinə son günlər “Jetex.az” kargo şirkətinin fəaliyyəti ilə bağlı bir neçə vətəndaş müraciət edib.

Şikayətçilərin sözlərinə görə, şirkətin fəaliyyətini dayandırmasından sonra Türkiyə anbarında və Bakıya gətirilmiş bağlamaların taleyi naməlum olaraq qalır. 

Vətəndaşlar bildirirlər ki, nə şirkətin əlaqə nömrələri aktivdir, nə də müraciətlərə cavab verilir.

Şikayətçilərdən Namidə Məmmədli bildirib ki, onun məhsulu mayın 14-də Türkiyədən göndərilən reyslə Bakıya çatdırılsa da, artıq iki aydan çoxdur bağlamanı təhvil ala bilmir:

“Mayın 14-də gələn reysdə məhsulum Bakıya çatıb. Şirkətin əlaqə nömrəsinə zəng etdikdə nömrənin təyin edilmədiyi bildirilir. İyulun 15-dən etibarən fəaliyyətlərini dayandırdıqlarını yalnız öz kanallarında paylaşıblar. Bundan əvvəl isə hər dəfə “bu gün”, “sabah çatdırılacaq” deyə cavab verirdilər. Son olaraq nömrəmi istədilər və tərəfdaş şirkətin mənimlə əlaqə saxlayacağını dedilər. Artıq bir aydır heç bir xəbər yoxdur. Məhsulumun dəyəri 100 manatdan çoxdur, üstəlik, kargo haqqını da ödəmişəm. Məhsul itirilibsə, dəymiş zərər kompensasiya edilməlidir”.

Digər müraciətçi isə iki sifarişinin Türkiyə anbarında qaldığını bildirib:

“Bir məhsulu iyunun 20-də, digərini isə iyulun 1-də sifariş etmişəm. Müvəqqəti fəaliyyət göstərməyəcəkləri barədə heç bir məlumat verilməyib. Məhsullarımın aqibətinin necə olacağı məlum deyil. Nə telefon zənglərinə, nə də müraciətlərə cavab verilir”.

Başqa bir vətəndaş isə TodayPress TV-yə müraciətində şirkətin məsul şəxsləri ilə əlaqə yaratmaqda köməklik göstərilməsini istəyib:

“Mallarımız Türkiyə anbarında qalıb. Şirkətlə əlaqə saxlamaq mümkün deyil. Məsul şəxslərlə əlaqələndirilməyimizə kömək edin”.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Lakin şirkətin əlaqə nömrəsinə edilən zənglər zamanı “nömrə təyin olunmayıb” bildirişi səslənib. Bu səbəbdən qarşı tərəfin mövqeyini əldə etmək mümkün olmayıb. Şirkətdən hər hansı açıqlama daxil olacağı təqdirdə, material yenilənəcək.

Qeyd edək ki, “Jetex.az”ın rəsmi səhifəsində yerləşdirilən bildirişdə şirkətin fəaliyyətini müvəqqəti dayandırdığı qeyd olunub. Bildirişdə bildirilib ki, 15 iyul 2026-cı il tarixinədək Türkiyə və İspaniya anbarlarına daxil olan bütün bağlamaların göndərişi həyata keçiriləcək. Həmçinin vurğulanıb ki, qeyd olunan tarixdən sonra anbarlara daxil olan bağlamalara görə şirkət məsuliyyət daşımır.

Xatırladaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xidmət göstərən tərəf öhdəliklərini yerinə yetirmədiyi hallarda istehlakçıların dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.

Qiymət Mahir

NEWS FEED
20 AUGUST 2026
Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 All News