Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi

Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi
30.07.2026 10:07

Ronahi Kürd Mədəniyyət Mərkəzi Ümid Partiyasının sədri İqbal Ağazadə, Sərdar Cəlaloğlu və Arif Hacılının fəaliyyəti ilə bağlı Prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, İqbal Ağazadə bununla bağlı sosial media hesabında paylaşım edərək məsələyə münasibət bildirib.

Partiya sədri yazıb ki, heç vaxt heç bir şəxsi milli, dini və ya irqi mənsubiyyətinə görə aşağılamayıb. Vurğulayıb ki, Azərbaycan bu ölkəni sevən bütün xalqların ortaq vətənidir.

“Mən heç vaxt, heç bir şəxsi milli, dini, irqi mənsubiyyətə görə aşağılamaram, buna nə şəxsi tərbiyəm, nə də siyasi – ictimai statusum yol vermir. O ki, ola Azərbaycanda yaşayan hər hansı bir etnik qrupu.

Mən Azərbaycanın bütövlüyünü, onun müstəqilliyini, dövlətçiliyini, milli maraqlarını dəstəkləyən, qoruyan, özünü bu dövlətin bir parçası sayan kimsəni heç vaxt aşağılamaz, barəsində neqativ düşüncədə olmaram. Bu mənim dəyişilməz mövqeyim, prinsipimdir.

Hamı bunu belə bilsin.

Azərbaycan onu sevən, qoruyan hər kəsin – türkün, talışın, kürdün, ləzginin, avarın, saxurun, ingiloyun, yəhudinin, udinin, tatın, qırızın, ukraynalının, rusun, bir sözlə hamının vətənidir, bu ölkə hamımızındır…

Amma və lakin…

Mən bölücülüyə qarşıyam, mən bu ölkənin kənd-kənd, şəhər-şəhər, mahal- mahal bölünməsinə göz yuma bilmərəm.

Mən deyirəm ki, Azərbaycan hamımızın vətənidir, kimsə özünə mahnısında, şeirində, ritorikasında Azərbaycanın bir parçasından yalançı bölgə düzəldib, “bura bizimdir” deməsin.

Bakıda, Şəkidə, Balakəndə, Xankəndində, Lerikdə, Laçında Qusarda, Sabirabadda yaşayırsansa , demək Azərbaycanda yaşayırsan, azərbaycanlısan, (milliyyətin kim olsa belə) kimin üçünsə məhdudiyyətlər var ki, sən bu bölgədə yaşama deyə?

İnzibati bölgü milli-etnik bölgü demək deyil. Bu zona türklərin, bu bölgə başqalarının deyə bir ayrımçılıq da yoxdur…

Gələk Ronahi Kürd Mədəniyyət mərkəzinin mövqeyinə.

Bir daha bildirirəm, şəxsi münasibətlərdə, siyasi əlaqələrdə xeyli Kürd dostlarım, əqidədaşlarım var, hamısını sevirəm, hörmətlə yanaşıram. Dillərinə də, mədəniyyətlərinə və ənənələrinə də sayğım sonsuzdur. Onları türklərdən ayrı bilmirəm, eynən digər azsaylı xalqlar kimi. Bu ölkə hamımızındır, kimsə kimsədən üstün və ya aşağı deyil.

Lakin Ronahi Kürd Mədəniyyət mərkəzi “Qırmızı Kürdüstan” kitabının müəllifi Həjər Şamili təbrik edirsə, düşünürəm. Əcəba niyə???

Axı bu Həjərin kitabında əzəli və əbədi Azərbaycan torpağının içində süni bir dövlət yaradan Rusiyanın ideyaları yayımlanıbsa, Ronahi Kürd Mədəniyyət mərkəzi niyə onu təbrik edir?

Təəssüf ki, rəsmi qurumlar daha çox düşünməlidir.

Ronahi Kürd Mədəniyyət mərkəzinin səlahiyyətli nümayəndələri, əcəba, Avropada yayımlanan Kürd tv kanallarına müsahibələr verir, bilmir ki, o kanalların hamısı qardaş Türkiyənin ərazizisinin parçalanıb, Kürdüstanın yaranmasını təbliğ edirlər?

Mərkəzinizin üzvləri bayraqlarla şəkil paylaşırlar, bilmirlər ki, o bayrağı Türkiyə ərazisinə sancmaq istəyirlər? ( Mən hələ Həjər kimilərin Qırmızı Kürdüstan xülyalarından danışmıram.)

Bəs düşünmürsünüz ki, bir tərəf Zəngəzur, bir tərəf Cəbrayıl, bir tərəf Kəlbəcər deyəndə bu bölücülükdür?

Deməyin ki, biz yaşadığımız ərazini deyirik. Əvvəla, orda əhalinin böyük əksəriyyətini yenə də türklər təşkil edir, kürd qardaşlarımız da yaşayır, təbii.

Amma siz Bakıda yaşamırsınız, Gəncədə, Sumqayıtda yoxsunuz?

Nədən özünüzə coğrafiya cızırsınız, hər yer Azərbaycan deyil?

Başqa niyyət yoxsa, niyə bəlli bölgələrin adını çəkir, hətta mərkəzin rəsmi səhifəsində Laçın yazırsınız?

Düşündünüzmü bu barədə heç?

Biz hamımız azərbaycanlıyıqsa, doğulduğumuz yer xaric, başqa halda ancaq Azərbaycan sevgisindən yazırıqsa, nədən kimlərsə bəlli rayonları, bölgəni məhz bölücülüklə qeyd edir?

Sizcə biz, konkret desəm mən, anlamıram?

Kəndinizə gəlin, araşdırmaq lazımdırsa, ilk növbədə bəzilərinin gizli separatçılıq niyyəti araşdırılmalıdır.

Qaldı bu ölkənin xalqlarına- türkə, talışa, ləzgi, kürd , avar, ingiloy, saxur, rus, yəhudi, udin, tat, qırızına – istəsəniz belə nəsə edə bilməzsiniz. Biz bir yerdə Azərbaycanıq və bizli-bizsiz belə olacaq.

Nə kimsənin ürəyini bulandırmayın, nə də ortalığı qarışdırmağa çalışmayın.

Bu məmləkət sevgisini nə türkdən, nə talışdan, nə ləzgidən, nə kürddən, nə avardan, nə tatdan kimsə ala bilməz. Biz BİRLİKDƏ AZƏRBAYCANIQ, AZƏRBAYCANLIYIQ.

P.S. Əziz Kürd, Talış, ləzgi, Avar, Udin, Saxur, Tat, Rus, Yəhudi, Qırız qardaş və bacılarım, Azərbaycan hamınızla gözəldir, bu gözəllik hamımızındır, birlikdəyik, bu dövlətin sahibiyik. Sizləri özümüz bilirik…”,- o, paylaşımında qeyd edib.

Xatırladaq ki, Sərdar Cəlaloğlu qonaq olduğu televiziya verilişlərindən birində kürdlər və onların tarixi ilə bağlı fikirlər səsləndirib. Bundan sonra ona qarşı tənqid kampaniyası başladılıb. Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat Partiyası Məclis sədri Arif Hacılı isə Sərdar Cəlaloğlunu müdafiə edən paylaşımlar ediblər. Bunun ardınca hər iki siyasətçi də tənqid hədəfinə çevrilib və artıq onlarla bağlı rəsmi şəkildə aidiyyəti quruma müraciət olunub.

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 All News