“WhatsApp” Rusiyada bloklanır: Azərbaycanlıların ünsiyyəti necə olacaq?

“WhatsApp” Rusiyada bloklanır: Azərbaycanlıların ünsiyyəti necə olacaq?
25.12.2025 16:20 İKT

“WhatsApp” messencerinin Rusiyada mövcud qanunvericilik tələblərinə görə bloklanması ehtimalı yenidən gündəmə gəlib. Bu isə xüsusilə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycandakı qohum və yaxınları ilə ünsiyyət imkanlarının necə təmin olunacağı sualını aktuallaşdırır.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov TodayPress TV-yə bildirib ki, texniki baxımdan “WhatsApp”ın Rusiyada tam bloklanması mümkündür. 


Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri messencerin “Meta” şirkətinə məxsus olmasıdır.

""WhatsApp" müstəqil platforma deyil, "Meta"ya məxsusdur. "Meta" isə Rusiyada ekstremist təşkilat kimi tanınır. Digər tərəfdən, "WhatsApp"da "end-to-end encryption", yəni uc-uca şifrələmə mövcuddur ki, bu da Rusiya qanunvericiliyinin məlumatlara çıxış tələbləri ilə ziddiyyət təşkil edir".

Ekspert xatırladıb ki, Rusiya bundan əvvəl də bir sıra beynəlxalq platformalara qarşı oxşar addımlar atıb:

""Telegram", "LinkedIn", "Facebook" və "Instagram" kimi platformalarla bağlı bloklama cəhdləri artıq təcrübədən keçirilib. "WhatsApp"ın mümkün bloklanması yalnız Azərbaycanla əlaqələr məsələsi deyil, milyonlarla insanın gündəlik ünsiyyətinə təsir göstərə biləcək bir qərardır. Bu, təkcə azərbaycanlıların yaxınları ilə danışması məsələsi deyil. "WhatsApp" milyonlarla insan üçün əsas ünsiyyət vasitəsidir. Tam bloklama ciddi ictimai narazılıq yarada bilər. Amma Rusiyanın təcrübəsində belə hallarda alternativ yol da olur".

Mütəxəssis vurğulayıb ki, yekunda məsələ siyasi iradədən asılıdır. Belə bir qərarın qəbul olunması mümkün olsa da, bu, riskli addım hesab olunur. O bildirib ki, “WhatsApp” bağlanacağı təqdirdə istifadəçilər alternativ vasitələrə yönələ bilərlər:

""Telegram" var, hazırda bir çox istifadəçi onu "VPN" vasitəsilə işlədir. "Viber", "Signal" kimi digər messencerlər də mövcuddur, amma onların da gələcəyi risk altındadır. Klassik mobil zənglərdən istifadə etmək olar, lakin bu üsul baha başa gəlir", - deyə Natiq Məmişov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
21 JUNE 2026
Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 All News