TikTok rəqəmsal rifah məkanını istifadəyə verir

TikTok rəqəmsal rifah məkanını istifadəyə verir
21.11.2025 10:41 İKT

Videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok istifadəçilərinin rəqəmsal rifahına diqqət yetirməyə davam edir və tətbiqdə “Vaxt və rifah” adlı yeni bölməni istifadəyə verir. Bu bölmə istirahət, həmçinin TikTok-un şüurlu, rahat istifadəsi üçün yeni və mövcud funksiyaları birləşdirir.

TodayPress TV xəbər verir ki, bu gün təqdim olunan yeniliklər platformanın bütün icma, xüsusilə də yeniyetmələr üçün təhlükəsiz və dəstək verən mühit yaratmağa yönəlmiş uzunmüddətli fəaliyyətinin bir hissəsidir. 

Hazırda TikTok yeniyetmələrin hesabları üçün 50-dən çox funksiya və tənzimləmə imkanı təqdim edir ki, bunlar gənc istifadəçilərin platforma ilə təhlükəsiz və rahat qarşılıqlı əlaqəsini təmin etməyə kömək edir. Bununla belə, hər bir ailənin və hər bir yeniyetmənin ehtiyacları fərqlidir və TikTok valideynlərə övladlarının hesabını daha çevik şəkildə idarə etməsinə imkan verən “Ailə Parametrləri” alətini təkmilləşdirməyə davam edir.

Bu ilin yenilikləri arasında valideynlərə övladlarının tətbiqdəki aktivliyini idarə etməyə imkan verən “Qeyri-aktiv vaxt” funksiyası da yer alır. Məsələn, yeniyetmənin fasilə verməsinin vacib olduğu hallarda valideynlər onun TikTok-a girişini müvəqqəti məhdudlaşdıra bilirlər. Bundan əlavə, TikTok yeniyetmələr üçün saat 22:00-da avtomatik aktivləşən meditasiya funksiyasını təqdim edib — bu funksiya gənclərin günü sakit şəkildə yekunlaşdırmasına kömək edir. Daha sonra bu funksiya bütün istifadəçilər üçün əlçatan olub və artıq milyonlarla insan platformada meditasiya seçimindən dincəlmək və yenilənmək üsulu kimi istifadə edir.

Rəqəmsal rifahın yaradılmasında növbəti addım TikTok-un ekspertlər və Gənclər Şurası ilə birlikdə hazırladığı  "Rəqəmsal rifah missiyaları" təşəbbüsü olub. Bu, istifadəçilərin sağlam və şüurlu rəqəmsal vərdişlər formalaşdırmasına kömək edən qısa, cəlbedici tapşırıqlar seriyasıdır. İlk seriyadakı missiyalar TikTok-un mövcud alətləri ilə tanışlıqdan ibarətdir: “Yuxu vaxtı” və “Ekran vaxtı” funksiyaları, “Ailə parametrləri”, “Təhlükəsizlik alətləri” və “Rəqəmsal rifah” bölmələri. Hər bir belə tapşırıq üçün istifadəçilər xüsusi nişanlar qazana bilirlər ki, bu nişanlar platformadan şüurlu istifadə üzrə irəliləyişlərini izləməyə imkan verir.

TikTok-dan şüurlu və rahat istifadə üçün vahid məkan

Müsbət rəqəmsal təcrübə yalnız ekran vaxtının idarə olunması demək deyil. Bu, texnologiyadan istifadəyə nəzarət hissi və onlayn keçirilən zamanın faydalı olması, şəxsi rifaha töhfə verməsi anlamına gəlir.

Bu gün TikTok növbəti addımı atır — əvvəlki ekran vaxtı idarəetmə səhifəsini əvəz edən “Vaxt və rifah” adlı ayrıca bölməni təqdim edir. Bu bölmə rahatlamağa, yenidən enerji toplamağa və daha şüurlu rəqəmsal vərdişlər formalaşdırmağa kömək edən genişləndirilmiş alətlər toplusu təklif edir. Belə bir təşəbbüsün aktuallığını araşdırmalar da təsdiqləyir: sorğulara əsasən, TikTok istifadəçiləri platformadan istifadə etməyənlərlə müqayisədə meditasiya və şüurluluq təcrübələrinə 14% daha çox maraq göstərirlər.*

Platformanın istifadəçilərinə təqdim olunan yeni funksiyalar arasında bunlar yer alır:

        Gündəlik təsdiq dəftəri gün üçün motivasiyaedici məqsədlər təyin etməyə imkan verir. Ümumilikdə 120-dən çox affirmasiya kartı mövcuddur; bu kartlardan həm fərdi şəkildə istifadə etmək, həm də başqaları ilə bölüşmək mümkündür.

        Sakitləşdirici səslər generatoru – yağış, dəniz dalğaları, çay axını və ya “ağ səs” kimi müxtəlif səslərdən ibarət seçim. Bu audio treklər rahatlamağa, konsentrasiyanı artırmağa və ya ətrafdakı narahatedici səsləri neytrallaşdırmağa kömək edir.

         Nəfəs məşqləri – gərgin gündən sonra diqqəti yenidən toplamağa, stress səviyyəsini azaltmağa, fokuslanmağa və ya yuxuya hazırlaşmağa kömək edən təlimlər. İstənilən vaxt fasilə vermək və daxili sakitliyi bərpa etmək üçün ideal alətlərdir.

Yeni bölmədə həmçinin kontent müəlliflərinin praktiki tövsiyələr verən videoları da təqdim olunur: ekran vaxtı limitlərini necə tənzimləmək, tövsiyə lentini fərdiləşdirmək və “Ailə Parametrləri” funksiyasından necə istifadə etmək barədə izahlı materiallar.

“Vaxt və rifah” bölməsi hesabın parametrlərində əlçatandır. Bundan əlavə, istifadəçi gündəlik ekran vaxtı limitinə çatdıqda və ya “Yuxu saatı” funksiyası aktivləşdirildikdə ona keçid linkləri göstəriləcək. Həmçinin, sağlam rəqəmsal vərdişlərin formalaşmasına dəstək olmaq üçün bu bölmə “Fasilə ver” adlı videoya da inteqrasiya edilib.

Faydalı rəqəmsal vərdişlərin formalaşdırılması üçün yeni missiyalar toplusu

“Vaxt və rifah” bölməsinin işə salınması ilə eyni vaxtda TikTok dörd yeni rəqəmsal rifah missiyasını təqdim edir:

“Yuxu saatları” missiyası. Bu missiyanı tamamlamaq üçün gecə saatlarında TikTok-dan istifadə etməmək tələb olunur. Yuxu saatları zamanı istifadəçilər meditasiya funksiyasından da yararlana bilirlər – bu, əlavə eksklüziv nişan qazanmağa kömək edir. Missiya səkkiz həftə davam edir və hər uğurla tamamlanan mərhələdə istifadəçilər öz “rifah ağaclarını” böyüdürlər.

Gündəlik ekran vaxtı nişanı. Bu nişanı əldə etmək üçün istifadəçi gündəlik ekran vaxtı limitini təyin etmək və seçilmiş rejimə riayət etmək lazımdır. 

Həftəlik ekran vaxtı missiyası istifadəçilərin həftəlik ekran vaxtı hesabatını mütəmadi izləməsini və TikTok-da keçirdikləri vaxta daha şüurlu yanaşmalarını təşviq edir.

“Rəqəmsal rifah səfiri” missiyası. Platforma sağlam rəqəmsal vərdişlərin formalaşdırılması missiyalarını sınamağa başqalarını dəvət edən istifadəçiləri təşviq edir. 

TikTok istifadəçilərə, xüsusilə yeniyetmələrə texnologiyalardan daha şüurlu və inamlı şəkildə istifadə etməyə kömək etmək üçün böyük səylər göstərir. Yeni məkan yaradılarkən şirkət elmi tədqiqatlara əsaslanıb ki, bunlar göstərir: həddindən artıq sərt məhdudiyyətlər əks təsir göstərə bilər. Məhz buna görə TikTok Rəqəmsal Rifah Laboratoriyasının ekspertlərinə minnətdardır; onların əməkdaşlığı gənc istifadəçilərin rifahını həqiqətən dəstəkləyən funksiyaların hazırlanmasına imkan verib.

Bundan əlavə, platforma yeniyetmələrin, o cümlədən TikTok Gənclər Şurasının üzvlərinin fikirlərini də nəzərə alıb, həmçinin tədqiqatların nəticələrini – gənclərin üçdə ikisinin rəqəmsal vaxtı idarəetmə alətlərini faydalı hesab etdiyini göstərən məlumatları – qiymətləndirib. İlk test nəticələri yeni yanaşmanın effektivliyini təsdiqləyir: istifadəçilər “Vaxt və rifah” məkanına əvvəlki ekran vaxtı menyusuna nisbətən nəzərəçarpacaq dərəcədə daha tez-tez qayıdırlar, gündəlik təsdiq dəftəri isə bölmənin ən populyar yeni alətinə çevrilib.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 All News