“Digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya olundu

“Digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya olundu
28.10.2025 14:34 İKT

Ölkəmizin ən böyük rəqəmsal giriş ekosistemi olan “digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya edilərək artıq “mygov ID” olaraq vətəndaşlara xidmət göstərir.

Bu barədə TodayPress TV-yə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Yeni rəqəmsal həllin başlıca üstünlüyü dövlət və özəl informasiya sistemləri vahid rəqəmsal girişi bir tətbiqdə, yəni “mygov”un çətiri altında birləşdirməsidir. Bu o deməkdir ki, vətəndaşlar “mygov ID” hesablarına aid əsas əməliyyatları “mygov” tətbiqi üzərindən icra edə bilirlər.

Belə ki, “mygov ID” vasitəsilə dövlət və özəl informasiya sistemlərinə “SİMA İmza”, “Asan İmza”, FİN kod və digər üsullarla daxil olmaq, şəxsi məlumatları yeniləmək, parolu dəyişmək və təhlükəsizlik səviyyəsini artırmaq üçün ikifaktorlu autentifikasiyanı aktivləşdirmək mümkündür. Eyni zamanda, mobil nömrə və elektron poçt ünvanlarının əlavə olunması və idarə edilməsi imkanı birbaşa tətbiq vasitəsilə artıq vətəndaşlar üçün əlçatandır.

Bundan əlavə, “mygov ID”də “QR login” və “mobil tətbiqlər arası login” funksionallıq imkanı da yaradılıb. Bu yenilik sayəsində istifadəçilər “mygov ID ilə daxil ol” düyməsi vasitəsilə “mygov” tətbiqi üzərindən inteqrasiya edilmiş mobil tətbiqlərə rahat girə bilirlər.

Qeyd edək ki, “mygov ID” artıq 240-dan çox dövlət və özəl qurumların informasiya sisteminə vahid rəqəmsal girişi təmin edir. Hazırda “mygov ID”nin istifadəçi sayı 4,8 milyonu ötüb, sistem üzərindən aylıq ortalama 9 milyondan çox əməliyyat həyata keçirilir.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 Bütün Xəbərlər