Azərbaycan hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində irəlilədi

Azərbaycan hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində irəlilədi
05.01.2026 13:53 İKT

"Oxford Insights" şirkətinin tərtib etdiyi 2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan 111-ci pillədən 70-ci pilləyə yüksəlib.

TodayPress TV "Oxford Insights"a istinadən xəbər verir ki, ölkənin ümumi balı 48,96 təşkil edib.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 39,92-yə bərabər olub.

İndeks çərçivəsində Azərbaycan ayrı-ayrı kateqoriyalar üzrə aşağıdakı balları toplayıb: "Dövlət siyasəti potensialı" - 53,5, "AI infrastrukturu" - 46,21, "İdarəetmə" - 50, "Dövlət sektorunda AI-nin tətbiqi" - 66,97, "İnkişaf və yayılma" - 34,73, "Dayanıqlıq" - 58,27.

Qeyd etmək lazımdır ki, Azərbaycan indeksdə Cənubi Qafqaz ölkələri arasında lider mövqedədir, Mərkəzi Asiya ölkələri arasında üçüncü yerdə qərarlaşıb. Belə ki, Ermənistan 37,17 balla 108-ci, Gürcüstan 43,1 balla 84-cü, Qazaxıstan 55,86 balla 60-cı, Özbəkistan 54,69 balla 62-ci, Tacikistan 27,37 balla 135-ci, Qırğızıstan 33,69 balla 116-cı, Türkmənistan isə 20,75 balla 166-cı yerdədir.

Bütövlükdə, Cənubi və Mərkəzi Asiya regionunda (regionun qlobal reytinqi - 6-cı yer, orta bal - 41,41) Azərbaycan 5-ci yeri tutaraq Hindistan (67,9 bal), Türkiyə (58,1), eləcə də Qazaxıstan və Özbəkistandan geri qalıb. Eyni zamanda ölkə Banqladeş (47,4), Pakistan (46), Şri-Lanka (44,4), Butan (38,6), Nepal (37,5), Maldiv adaları (25,9), Əfqanıstan (16,4) kimi dövlətləri qabaqlayıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News