YAPONİYA QRAN-PRİSİ NƏFƏS KƏSDİ – QƏZA, DRAM VƏ QƏLƏBƏ!

YAPONİYA QRAN-PRİSİ NƏFƏS KƏSDİ – QƏZA, DRAM VƏ QƏLƏBƏ!
30.03.2026 13:36 İdman

“Formula-1” üzrə Yaponiya Qran-prisi dramatik hadisələr və gözlənilməz dönüşlərlə yadda qaldı.


Dünya çempionatının üçüncü mərhələ yarışında ardıcıl ikinci qələbəsini qazanan “Mercedes”in gənc pilotu Andrea Kimi Antonelli cari mövsümdə liderliyini möhkəmləndirərək tarixə ən gənc lider kimi düşdü.

“FORMULA-1”DƏ DRAMATİK YARIŞ: HƏR ŞEY BİR ANDA DƏYİŞDİ!

Yarışın taleyinə “Haas” pilotu Oliver Bermanın qəzası ciddi təsir göstərib. Hadisədən sonra trasda təhlükəsizlik maşını (safety car) peyda olub və bu, yürüşün strategiyasını Antonellinin xeyrinə dəyişib.


Startda liderliyi ələ alan “McLaren” sürücüsü Oskar Piastri uzun müddət birinci yeri qorusa da, safety-car sonrası üstünlüyünü itirib və yarışı ikinci pillədə başa vurub. Bu nəticə “McLaren” üçün cari mövsümdə ilk podium olub.

“Mercedes” pilotu Corc Rassell isə yarışın gedişində liderliyə yüksəlsə də, restartdan sonra tempini qoruya bilməyib və hətta podiumdan kənarda qalıb.

Eyni zamanda Şarl Lekler “Ferrari”də uğurlu çıxış edərək həm Rasselli, həm də komanda yoldaşı Lyuis Hemiltonu geridə qoyub və üçüncü yeri tutub.

Yarışın taleyinə qəzası ilə damğasını vuran Berman isə xoş təsadüf nəticəsində sınıqlardan yayınıb. Onun vəziyyətinin qənaetbəxş olduğu bildirilir.

ÇEMPİONATDA LİDER DƏYİŞDİ – ANTONELLİ ZİRVƏDƏ


“Formula-1” mövsümündə son yarışdan sonra ümumi sıralamada ciddi dəyişikliklər baş verib.

Ardıcıl ikinci qələbəsini qazanan Andrea Kimi Antonelli çempionatın yeni liderinə çevrilib və komanda yoldaşı Corc Rasselli 9 xal qabaqlayır.

İlk dördlükdə dəyişiklik olmayıb – Şarl Lekler və Lyuis Hemilton müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıb. Lando Norris 5-ci pilləyə yüksəlib, Oskar Piastri isə 6-cıdır.

Oliver Berman 7-ci yerə geriləyib, Pyer Qasli isə 8-ci pillədədir. Bundan başqa, Qabriel Bortoleto Karlos Saynsı qabaqlayıb, Esteban Okon isə Franko Kolapintonu geridə qoyub.

Ümumi sıralama:


1. Andrea Kimi Antonelli (“Mercedes”) — 72 xal. 

2. Corc Rassell (“Mercedes”) — 63. 

3. Şarl Lekler (“Ferrari”) — 49. 

4. Lyuis Hemilton (“Ferrari”) — 41. 

5. Lando Norris (“McLaren”) — 25. 

6. Oskar Piastri (“McLaren”) — 21. 

7. Oliver Berman (“Haas”) — 17. 

8. Pyer Qasli (“Alpine”) — 15. 

9. Maks Ferstappen (“Red Bull”) — 12. 

10. Liam Louson (“Racing Bulls”) — 10. 

11. Arvid Lindblad (“Racing Bulls”) — 4. 

12. İsak Hadjar (“Red Bull”) — 4. 

13. Qabriel Bortoleto (“Audi”) — 2. 

14. Karlos Sayns (“Williams”) — 2. 

15. Esteban Okon (“Haas”) — 1. 

16. Franko Kolapinto (“Alpine”) — 1. 

17. Niko Hülkenberq (“Audi”) — 0. 

18. Aleks Albon (“Williams”) — 0. 

19. Valtteri Bottas (“Cadillac”) — 0. 

20. Serxio Peres (“Cadillac”) — 0. 

21. Fernando Alonso (“Aston Martin”) — 0. 

22. Lens Stroll (“Aston Martin”) — 0.

“FORMULA-1”DƏ NADİR HADİSƏ: QALİB ŞAMPAN İÇMƏDİ!


“Formula-1” üzrə Yaponiya Qran-prisinin qalibi, “Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli podiumda ənənəvi şampan mərasimində iştirak edə bilməyib.

Buna səbəb Kiminin yaşı olub. 19 yaşlı italiyalı pilot Yaponiya qanunlarına görə spirtli içki qəbul etmək üçün tələb olunan 20 yaş həddinə çatmayıb.

Nəticədə Antonelli podiumda Şarl Lekler (“Ferrari”) və Oskar Piastri (“McLaren”) ilə birlikdə şampan səpmək və içmək əvəzinə, içərisində spirtsiz qazlı içki (ehtimal ki, çəhrayı su) olan xüsusi butulkadan istifadə edib.

Qeyd edək ki, yarış “Suzuka” trasında baş tutub və Antonelli möhtəşəm performansla birinci yeri tutub.

Xatırladaq ki, Yaponiyada yetkinlik yaşı 2022-ci ildə 18-ə endirilsə də, spirtli içki qəbulu üçün minimum yaş həddi hələ də 20 olaraq qalır.

Namiq HUN

NEWS FEED
16 JUNE 2026
Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlərin geyim standartı müəyyənləşdi 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 All News