Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü!
Rafael Xodar “Masters” turnirlərində Marrey, Cokoviç və Alkarasın rekordunu təkrarlayıb.
TodayPress TV xəbər verir ki, ispaniyalı tennisçi Rafael Xodar ATP-nin “Masters” seriyalı turnirlərində son 20 ilin diqqətçəkən nailiyyətlərindən birinə imza atıb.
Dünya reytinqində 15-ci pillədə qərarlaşan 19 yaşlı tennisçi ardıcıl üç və daha çox “Masters” turnirində 1/8 finala yüksələn son 20 ilin beşinci yeniyetməsi olub. Daha əvvəl buna yalnız britaniyalı Endi Marrey, serbiyalı Novak Cokoviç, kanadalı Denis Şapovalov və həmyerlisi Karlos Alkaras nail olmuşdular.
Xodar Monrealda keçirilən turnirin üçüncü mərhələsində italiyalı Lorenzo Muzettini 6:4, 6:3 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, ispaniyalı tennisçi bu il Madrid və Roma şəhərlərində keçirilən “Masters” turnirlərində də 1/4 finala qədər irəliləmişdi.
Namiq HUN