Transfer oyunu: “Barselona” Kanselu üçün çıxış yolu tapdı!

Transfer oyunu: “Barselona” Kanselu üçün çıxış yolu tapdı!
30.03.2026 16:31 İdman

“Barselona” maliyyə çətinliklərinə baxmayaraq, müdafiəçi Joau Kanselunu komandada saxlamaq üçün yeni plan hazırlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Bildirilir ki, Kataloniya təmsilçisi hazırda “Al-Hilal” klubundan icarəyə götürdükləri futbolçunun transferini birbaşa almaq imkanında deyil. Buna səbəb oyunçunun yüksək maaşıdır.

Klubun planı Kanselo ilə “Əl-Hilal” arasında müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsidir. Bu halda portuqaliyalı müdafiəçi azad agent statusu alacaq və “Barselona” onu pulsuz transfer edə biləcək.

Yeni icarə variantı isə mümkün sayılmır, çünki futbolçunun Səudiyyə klubu ilə müqaviləsinin bitməsinə cəmi bir il qalıb.

Qeyd edək ki, Kanselu cari ilin yanvarında “Barselona”ya icarə əsasında qoşulub və bu müddətdə 12 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun bazar dəyəri təxminən 9 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 All News