Tennisçi azarkeşi “mərcçi” olduğu üçün tribunadan çıxartdırdı

Tennisçi azarkeşi “mərcçi” olduğu üçün tribunadan çıxartdırdı
30.08.2025 16:10 İdman

İsveçrəli tennisçi, dünya reytinqində 435-ci yerdə qərarlaşan Leandro Ridi US Open turnirinin ikinci turunda maraqlı hadisə ilə gündəmə gəlib. 

TodayPress TV xəbər verir ki, o, argentinalı Fransisko Serundoloya qarşı görüşdə (3:6, 4:6, 6:4, 6:4, 6:2) hakimdən bir tamaşaçının meydançadan uzaqlaşdırılmasını xahiş edib.

“Bu oğlan məni susmadan təhqir edir. O, mənim oyunlarıma mərc edir. Uduzanda dərhal mənə yazır: ‘Sən dəhşətsən, ümid edirəm, anan ölər’. Onu görmək istəmirəm, çıxarın”.

Hakim təhlükəsizlik əməkdaşları ilə əlaqə saxlasa da, həmin şəxs kortu özü tərk edib.

Ridi oyundan sonra oyunda baş verənlərə münasibət bildirib:

“Belələri dərhal seçilir. Artıq çox görmüşəm. Onu hələ ilk turda da görmüşdüm, hətta ilk xaldan sonra adımı qışqırmağa başlamışdı. Dördüncü setdə geri qalanda düşündüm ki, uduzsam, yenə anam haqqında nalayiq sözlər yazacaq. Sonra isə daha çox təzyiq etməyə başladı”.

Qeyd edək ki, gənc tennisçi çətin matçdan qələbə ilə ayrılaraq növbəti mərhələyə yüksəlib.

Namiq HUN

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər