Tarix yazıldı: Yokiç 25 dəqiqəyə sığmayan performans göstərdi

Tarix yazıldı: Yokiç 25 dəqiqəyə sığmayan performans göstərdi
31.01.2026 17:50 İdman

Serbiyalı mərkəz oyunçusu, ABŞ Milli Basketbol Assosiasiyasının (NBA)  çempionu və “Denver Naqqets”in liderlərindən biri olan Nikola Yokiç liqa tarixində bənzəri olmayan bir göstərici ilə yadda qalıb.

TodayPress TV xəbər verir ki, o, diz zədəsindən sonra ilk oyununda komandasının “Los-Anceles Klippers” üzərində 122:109 hesablı qələbəsində tarixi nəticə əldə edib.

Yokiç parketdə cəmi 24 dəqiqə 32 saniyə keçirməsinə baxmayaraq, 31 xal, 12 ribaund və 5 ötürmə ilə yadda qalıb. Bununla da o, 25 dəqiqədən az vaxt ərzində 30+ xal, 10+ ribaund və 5+ asist edən NBA tarixində ilk basketbolçu olub.

Qeyd edək ki, Yokiç dizindən aldığı zədə səbəbindən 16 oyunu buraxıb. Bu səbəbdən o, mövsümün sonunda fərdi mükafatlar üçün tələb olunan minimum oyun sayını toplaya bilməyəcək.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 All News