Şok qərar! Seneqalın qələbəsi əlindən alındı
Afrika Futbol Konfederasiyası (CAF) rəsmi açıqlamasında bildirib ki, Seneqal millisi Afrika Millətlər Kubokunun finalında Mərakeş komandası ilə oyunda texniki məğlubiyyət alıb.
TodayPress TV xəbər verir ki, CAF-ın Apellyasiya Şurasının qərarına əsasən, turnirin reqlamentinin 84-cü maddəsinə uyğun olaraq Seneqal yığması final matçında məğlub elan edilib.
Nəticə isə 3:0 hesabı ilə Mərakeş Kral Futbol Federasiyasının (FRMF) xeyrinə qeydə alınıb.
Xatırladaq ki, həlledici qarşılaşmada Seneqal komandası 90+8-ci dəqiqədə Brahim Diaza qarşı qayda pozuntusuna görə təyin olunan penaltiyə etiraz edərək meydanı tərk etmişdi. Oyun 13 dəqiqəlik fasilədən sonra bərpa olunmuş və ilkin olaraq Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Namiq HUN