Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot karyerasını Avropanın aparıcı çempionatlarından birində davam etdirmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin iddiasına görə, 47 yaşlı niderlandlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun baş məşqçi postuna əsas namizəd hesab olunsa da, özü Avropaya qayıtmağa üstünlük verir.
Bildirilir ki, Slot “Liverpul”dan ayrıldıqdan sonra İngiltərə, Almaniya və İtaliya klublarının maraq dairəsinə düşüb. O, həmçinin Niderland millisinin baş məşqçi vəzifəsinə mümkün namizədlərdən biri kimi də göstərilib.
Qeyd edək ki, Arne Slot bu ilin mayında iki mövsüm çalışdırdığı “Liverpul”dan ayrılıb. O, komandadakı ilk mövsümündə Yurgen Kloppdan sonra “Liverpul”u İngiltərə Premyer Liqasının çempionu etmişdi.
Namiq HUN