Santuş üçün "son zəng" çalındı: Mənasız qərar, milyonlarla təzminat...

Santuş üçün "son zəng" çalındı: Mənasız qərar, milyonlarla təzminat...
09.09.2025 11:51 İdman

“Yaş yeni başlanğıclara maneə deyil” bələdçi olan bu şüar yeni nailiyyətlərə ruhlandırır. 

Futbol üzrə Azərbaycan yığmasının 71 yaşlı portuqaliyalı baş məşqçisi Fernandu Santuş bu maneəni aşa bilmədi. 

AFFA-nın böyük həvəslə Bakıya dəvət etdiyi mütəxəssis futbolumuza “yeni nəfəs” gətirə bilmədi. Ötən ilin iyununda 3+1 illik müqaviləyə imza atan Santuşun Azərbaycan macərası baş tutmadı. Bu qoca son 5 ildə hara gedib, uğursuz olub. 

Xarici məşqçi gətirəndə 1+2 və ya 1+3 illik müqavilə bağlanmalıdır. 3+1 illik müqavilə məntiqsizdir. 

AFFA-nın Fernandu Santuş adlı uğursuz proyekti baş tutmadı. Azərbaycan millisinin ən uğursuz məşqçisinin “yeni nəfəs” planının ömrü cəmi 1 il 70 gün çəkdi. Bu müddət ərzində milli rəsmi və qeyri-rəsmi matçlarda qələbəyə həsrət qaldı. Ümumən 11 oyun keçirən yığma cəmi 2 qarşılaşmada xal bölgüsünə nail ola bildi.

Portuqaliyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlamada layihəsinin AFFA üçün faydalı olacağına ümid etdiyini bildirib. O, həm AFFA rəhbərliyinə, həm də Azərbaycan xalqına təşəkkür edib:

“AFFA Prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirirəm. Azərbaycan xalqına da bu müddətdə göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram. Azərbaycan Futbol Federasiyası tərəfindən 2024-cü ilin iyununda mənə verilən əsas vəzifə ölkə futbolunun texniki və infrastruktur baxımından təməllərini yenidən qurmaq, yarış sistemlərini və akademik hazırlığı inkişaf etdirməklə 2028-ci il Avropa Çempionatının seçmə mərhələsinə rəqabətədavamlı komanda çıxarmaq idi. Mən 2024-cü ilin sentyabrında, əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq, lazımi investisiyaları təşviq edəcək və futbol istedadlarının yetişdirilməsinə şərait yaradacaq. Hamınıza uğurlar arzulayıram”.

İctimaiyyətin rəyini nəzərə almadan mənasız qərar verən AFFA rəhbərliyi indi milyonlarla təzminat ödəməli olacaq. Portuqaliyalı mütəxəssisə nə qədər təzminat ödəniləcəyi maraq doğurur. Bu barədə müzakirə aparmaqdan imtina edən Santuş bütün məsələlərə nümayəndəsinin aydınlıq gətirəcəyini bildirib. Məşqçinin agenti tezliklə Bakıya gələcək və yekun razılaşma olacaq.

Cənablar, xarici məşqçi modeli Azərbaycan futboluna uğur gətirməyəcək. Ehtiyac olmadığı halda gətirib, yüksək məvacib verib, uzunmüddətli müqavilə imzalayıb, sonda da milyonlarla təzminat ödəyib geri göndərirsiz. Bu Azərbaycan futboluna yox, Azərbaycan xalqına xəyanətdir. 

Namiq HUN

TodayPress TV


XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər