Rəşad Rəsullu: Bakıda keçiriləcək dünya çempionatında 80-90 ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir

Rəşad Rəsullu: Bakıda keçiriləcək dünya çempionatında 80-90 ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir
16.07.2026 12:25 İdman

"Bakı şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Cüdo üzrə Böyüklər Arasında Dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, 8 ildən sonra yenidən dünya çempionatının Azərbaycana həvalə olunması ölkə cüdosu üçün mühüm hadisədir.

"Bu il Bakının Ümumdünya İdman Paytaxtı elan olunması fonunda yarışın məhz paytaxtda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Yarışın Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunduğu gündən etibarən Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və tərəfdaş qurumlarla sıx əməkdaşlıq edir".

Rəşad Rəsullu dünya çempionatının indiyədək keçirilən ən uğurlu yarışlardan biri olması üçün bütün imkanların səfərbər edildiyini vurğulayaraq, media nümayəndələrinin yarışın geniş işıqlandırılmasında mühüm rol oynayacağını bildirib.

"Dünya çempionatının biletlərinin satışı iyulun 2-dən başlayıb və indiyədək 670 bilet satılıb. Satılan biletlərin təxminən 80 faizi xarici ölkələrdən alınıb. Artıq 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib ki, bu da turnirə beynəlxalq marağın yüksək olduğunu göstərir.  Yarış ölkənin turizm sektoruna və iqtisadiyyatına da müsbət töhfə verəcək. Beynəlxalq Cüdo Federasiyası iyulun 3-də dünya çempionatının rəsmi əsasnaməsini dərc edib. Sənəddə media akkreditasiyası da daxil olmaqla bütün prosedurlar öz əksini tapıb və jurnalistlər akkreditasiya üçün vaxtında müraciət etməyə çağırılıb".

Federasiya rəsmisi  qeyd edib ki, dünya çempionatında 80-90 ölkədən 600-dən çox idmançının iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçı ölkələrin sayının məhdud olması Beynəlxalq Cüdo Federasiyasının reytinq sistemi ilə bağlıdır. Belə ki, yarışda yalnız böyüklər arasında dünya reytinqində ilk 200-lükdə yer alan, yaxud gənclər arasında ilk 16-lığa daxil olan cüdoçular mübarizə aparmaq hüququ qazanırlar.

O bildirib ki, təşkilatçı ölkə kimi Azərbaycan üçün bu məhdudiyyətlər müəyyən qədər tətbiq olunmur. Milli komanda hər çəkidə maksimum iki idmançı olmaqla kişi və qadınlar arasında ümumilikdə doqquz cüdoçu ilə təmsil oluna biləcək. Bundan əlavə, federasiya Beynəlxalq Cüdo Federasiyasına əlavə kvotaların ayrılması üçün müraciət edəcək.

İcraçı vitse-prezident artıq Yaponiya və Fransanın heyətlərini açıqladıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Teddi Riner, Uta Abe, Hifumi Abe, Satoşi Maruyama və digər tanınmış cüdoçuların Bakıda çıxışı artıq dəqiqləşib.

Rəşad Rəsullu vurğulayıb ki, Bakı dünya çempionatı Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən ilk dünya çempionatı olacaq. Məhz buna görə də dünyanın aparıcı cüdoçularının böyük əksəriyyətinin yarışda iştirak edəcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
17 JULY 2026
Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 All News