Real–Siti matçından qalan bir kadr yenidən trend oldu

Real–Siti matçından qalan bir kadr yenidən trend oldu
01.01.2026 15:42 İdman

“Real Madrid” və Türkiyə millisinin ulduz futbolçusu Arda Gülerin sosial mediadakı son paylaşımı maraqla qarşılanıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc istedadın paylaşımına “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland da şərh yazaraq reaksiya verib.

Madrid klubunun qapıçısı Tibo Kurtua isə komanda yoldaşına zarafatla “Bağışla, dostum, səni görmədim” sözlərini ünvanlayıb.

Qeyd edək ki, sözügedən foto ötən ilin 11 dekabrında UEFA Çempionlar Liqası çərçivəsində baş tutan “Real Madrid” – “Mançester Siti” (1:2) matçında lentə alınıb. Görüntülərdə standart vəziyyət zamanı Gülerin cərimə meydançasında özündən uzun olan Haalandın qarşısını almağa çalışdığı anlar əks olunub. Bu kadr qısa müddətdə sosial şəbəkələrdə viral olub.

Xatırladaq ki, “Fənərbağça”dan 20 milyon avroya transfer olunan Arda Güler Karlo Ançelottinin gedişindən sonra komandanın sükanı arxasına keçən Xabi Alonsonun oyun sistemində əsas fiqurlardan birinə çevrilib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 All News