“Omar” kuboku uğrunda konkur yarışları keçirildi

“Omar” kuboku uğrunda konkur yarışları keçirildi
15.06.2025 09:15 İdman

Omar Atçılıq Mərkəzində “Omar” kuboku uğrunda konkur yarışları keçirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

“A*” kateqoriyası üzrə 90-100 sm və “M*” kateqoriyası üzrə 115-125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından olan idmançılar iştirak edib. 

Bu kateqoriyalar üzrə 20 yaşadək idmançılar yaş məhdudiyyəti olmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla mübarizə aparıblar. 

25 idmançının iştirak etdiyi “A*” kateqoriyası üzrə keçirilən yarışda “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla birinci, eyni atçılıq klubunun digər təmsilçisi Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, Elite” klubunun təmsilçisi Əhəd Məmmədov “Walonka” ləqəbli atla üçüncü, “Omar” klubunun təmsilçisi Kənan Novruzov “Kasparina” ləqəbli atla dördüncü və “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi”nin təmsilçisi Emin Rzayev “Barat” ləqəbli atla beşinci yerin sahibi olub. 

“M*” kateqoriyası üzrə yaş məhdudiyyəti olmadan 12 idmançının mübarizə apardığı yarışda “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla birinci, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov “Savalan” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla dördüncü, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla beşinci yerin sahibi olub. 

Sonda hər iki kateqoriya üzrə birinci yerin sahiblərinə “Omar” kuboku, ikinci və üçüncü yerin sahiblərinə medal, dördüncü və beşinci yerin sahiblərinə isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının diplomları və pul mükafatları təqdim edilib.

FOTOLAR

“Omar” kuboku uğrunda konkur yarışları keçirildi — 1
“Omar” kuboku uğrunda konkur yarışları keçirildi — 2
“Omar” kuboku uğrunda konkur yarışları keçirildi — 3
“Omar” kuboku uğrunda konkur yarışları keçirildi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Bütün Xəbərlər