Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər

Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər
31.07.2026 09:58 İdman

Cənubi Asiya futbol çempionatı tarixində ilk dəfə Nepal millisinin iştirakı olmadan keçirilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri məlumat yayıb.

Bildirilir ki, buna səbəb FIFA-nın Nepal Futbol Assosiasiyasının (ANFA) təşkilata üzvlüyünü nizamnamə pozuntularına görə müvəqqəti dayandırmasıdır.

Noyabrın 4-17-də Banqladeşin paytaxtı Dəkkədə keçirilməsi planlaşdırılan Cənubi Asiya çempionatı ilə bağlı Cənubi Asiya Futbol Federasiyası (SAFF) hələlik Nepalın iştirakı olmadan yarışın necə təşkil ediləcəyinə dair açıqlama verməyib.

Xatırladaq ki, FIFA daha əvvəl Nepal millisinin və ölkə klublarının bütün beynəlxalq yarışlarda iştirakını qadağan edib, ANFA isə təşkilatın üzvü kimi bütün hüquqlarını itirib.

FIFA-nın baş katibi Mattias Qrafströmün məktubunda qərarın səbəbi kimi assosiasiyanın nizamnaməsinin pozulması və seçki prosesinə üçüncü tərəflərin müdaxiləsi göstərilib.

Qərarla bağlı məktubun surəti Asiya Futbol Konfederasiyasına (AFC) göndərilib, həmçinin FIFA-nın bütün üzvləri bu barədə məlumatlandırılıb.

Namiq HUN

NEWS FEED
01 AUGUST 2026
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 All News