“Neftçi”də yeni dövr: Vernidub gəlir!

“Neftçi”də yeni dövr: Vernidub gəlir!
05.12.2025 17:16 İdman

“Neftçi” klubu yeni baş məşqçi təyinatına hazırlaşır.

TodayPress TV sportinfo.az-a istinadən xəbər verir ki, Yuri Vernidubla bir həftədən çoxdur davam edən danışıqlar yekunlaşıb.

Ukraynlı mütəxəssislə 1,5 illik müqavilənin müddəti və maliyyə şərtləri konteksində razılıq əldə olunub.

59 yaşlı baş məşqçinin təkcə Azərbaycana gəlməsi qalıb ki, bu problem də həllini tapmaq üzrədir. O, xüsusi icazə məktubu əsasında Ukraynanı tərk edə biləcək. Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və ilkin razılıq alınıb.

Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub. Mütəxəssisin tezliklə Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, “Neftçi”nin məşqçilər korpusunda Yuri Vernidubun oğlu Vitali də yer alacaq. O əsas yardımçı kimi atasına kömək edəcək. Vitali 2015-18-ci illərdə “Qəbələ” klubunun formasını geyinib. Son olaraq “Krivbass”da çıxış edən futbolçu 2023-cü ildə karyerasını başa vurub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 All News