Montella ilə bağlı qərar verildi: Dəyişikliklərə gediləcək

Montella ilə bağlı qərar verildi: Dəyişikliklərə gediləcək
28.06.2026 22:40 İdman

DÇ-2026 zamanı verdiyi qərarlarla ciddi müzakirələrə səbəb olan baş məşqçi Vinçenzo Montella ilə əməkdaşlığı davam etdirmək qərarına gələn Türkiyə Futbol Federasiyası (TFF) yığmada bir sıra dəyişikliklər etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, TFF rəhbərliyi ilə italiyalı mütəxəssis arasında keçirilən görüşlərdə UEFA Millətlər Liqası oyunları ərəfəsində komandanın strukturunda və oyun fəlsəfəsində müəyyən dəyişikliklərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Məlumata görə, Vinçenzo Montellanın məşqçilər heyətində dəyişiklik ediləcək. Komandaya mütləq təcrübəli mentorun cəlb olunacağı, həmçinin atletik hazırlıq üzrə məşqçilər korpusunda da yeniliklərin edilə biləcəyi bildirilir.

Bundan əlavə, Montellanın yaxşı formada çıxış edən yeni futbolçulara daha çox şans verəcəyi vurğulanır. DÇ-2026 zamanı ciddi tənqidlərə məruz qalan nominal mərkəz hücumçusu olmadan oynamaq sistemi də yenidən nəzərdən keçiriləcək. Komanda ya fərqli taktiki sxemə keçəcək, ya da italiyalı mütəxəssis klassik mərkəz hücumçusundan istifadə variantına üstünlük verəcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da keçirdiyi üç oyundan cəmi 3 xal toplayaraq qrupu sonuncu pillədə başa vurub.

TodayPress TV

NEWS FEED
16 AUGUST 2026
Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar 15:57 Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 All News