“Mançester Siti”nin baş məşqçisi VAR sistemini hədəfə aldı

“Mançester Siti”nin baş məşqçisi VAR sistemini hədəfə aldı
13.05.2026 10:01 İdman

“VAR - püşkatma kimidir”. Xosep Qvardiola videoköməkçi hakim sistemini tənqid edib. 

TodayPress TV xəbər verir ki, BBC “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın VAR sistemi ilə bağlı fikirlərini yayıb.

Mütəxəssis bildirib ki, komandası hakim səhvlərindən əziyyət çəkib və buna misal olaraq 2024 və 2025-ci illərdə uduzduqları İngiltərə Kuboku finallarını göstərib.

“Biz İngiltərə Kubokunun iki finalını hakimlərin və VAR-ın öz işini düzgün görməməsi səbəbindən uduzduq.

Belə hallar baş verəndə, hakimləri və ya VAR-ı günahlandırmaq yox, daha yaxşı oynamaq lazımdır. Mən uzun illərdir buradayam və heç vaxt başqa amillərə güvənməmişəm. Həmişə anlamışam ki, sən öz işini daha yaxşı görməlisən. Çünki VAR püşkatma kimidir”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 35 turdan sonra 74 xalla ikinci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 All News