Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori!

Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori!
05.06.2026 10:58 İdman

Nikolo Skira “Real Madrid”in transfer bazarındakı əsas hədəfini açıqlayıb.

TodayPress TV transfer insayderinə istinadən xəbər verir ki, “kral klubu” “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafyorini heyətinə qatmaq istəyir. 

Madrid təmsilçisi bu transferi prioritet hesab edir və 24 yaşlı italiyalı futbolçunun keçidi ilə bağlı artıq “Arsenal” klubuna rəsmi sorğu göndərib.

Bir neçə gün əvvəl jurnalist Ramon Alvares de Mon xəbər vermişdi ki, “Real Madrid”in baş məşqçisi olması gözlənilən Joze Mourinyo rəhbərlikdən məhz Kalafyorinin transferini istəyib.

Mourinyonun futbolçunun universallığını yüksək qiymətləndirdiyi bildirilir. Belə ki, futbolçu həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilir. Bundan başqa, Mourinyo daha əvvəl “Roma” klubunda çalışarkən Kalafyori ilə birlikdə işləyib.

Qeyd edək ki, Rikkardo Kalafyori son mövsüm “Arsenal”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 55 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News