İslamiada: Bu gün idmançılarımız 5 növdə yarışacaqlar

İslamiada: Bu gün idmançılarımız 5 növdə yarışacaqlar
17.11.2025 10:13 İdman

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, bu gün Ər-Riyad turnirində Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə başlayacaq.

Tor ustalarımız qrup mərhələsində iki oyuna çıxacaqlar. Komanda öncə meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə Türkiyə yığmasına qarşı olacaq.

Gün ərzində həndbol üzrə Azərbaycan millisi Qazaxıstan kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.

Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva isə üçtəkanla tullanmada bacarığını göstərəcək.

Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə isə Palina Kaspiaroviç və Səbinə Kərimova qılınc oynadacaqlar.

Qeyd edək ki, Azərbaycan komandası hazırda 42 medalla (5 qızıl, 14 gümüş, 23 bürünc) ümumi sıralamada 9-cu pillədə qərarlaşıb.

İslamiada noyabrın 21-də başa çatacaq.

Namiq HUN

TodayPress TV 

NEWS FEED
31 JULY 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 All News