İngiltərə futbolunda casusluq qalmaqalı böyüyür

İngiltərə futbolunda casusluq qalmaqalı böyüyür
15.05.2026 11:05 İdman

Çempionşipin play-off finalı casusluq qalmaqalına görə təxirə salına və ya tamamilə ləğv oluna bilər.

TodayPress TV xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqası (EFL) rəsmi açıqlama yayıb.

Məlumata görə, “Sauthempton” klubunun performans analitiki pley-offun ilk yarımfinal oyunu öncəsində “Midlsbro” komandasının məşqini gizli şəkildə lentə alarkən və taktiki hazırlığı fotoya çəkərkən yaxalanıb.

İki oyunun nəticəsinə əsasən “Sauthempton” rəqibini məğlub edərək finala yüksəlib. Komanda mayın 23-də “Hall Siti” ilə İngiltərə Premyer Liqasına vəsiqə uğrunda qarşılaşmalıdır.

EFL bildirib ki, məsələ ilə bağlı müstəqil intizam komissiyasının iclası ən geci mayın 19-na qədər keçiriləcək. Qurum hazırda finalın planlaşdırıldığı tarixdə baş tutacağı ssenari üzrə hazırlıqları davam etdirir.

Bununla belə, azarkeşlərə xəbərdarlıq olunub ki, intizam araşdırmasının nəticələri matçın tarixində və ya təşkilində dəyişikliklərə səbəb ola bilər.

Qeyd olunub ki, ən sərt qərar kimi “Sauthempton”un ümumiyyətlə pley-offdan kənarlaşdırılması və Premyer Liqaya yüksəlmək şansını itirməsi ehtimalı da var.

Digər mümkün variant isə komissiyanın qərarı vaxtında açıqlamaması səbəbindən finalın başqa tarixə və ya başqa stadiona keçirilməsidir. Bildirilir ki, mayın sonu və iyunun əvvəlində “Wembley Stadium” da tədbir qrafiki olduqca sıxdır.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News