İdmançımız MMA üzrə 3-cü qələbəsini qazandı

İdmançımız MMA üzrə 3-cü qələbəsini qazandı
15.02.2026 02:00 İdman

Batumidə GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turniri keçirilib.

TodayPress TV xəbər verir ki, bu çempionatda iki azərbaycanlı idmançı mübarizə aparıb.

Gecənin ən maraqlı görüşü Gürcüstanda yaşayan, Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souza arasında olub. Bu görüş iştirakçılara həyəcanlı anlar yaşadıb.

Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək qalib gəlib. Hakimlərin yekdil qərarı ilə azərbaycanlı idmançı qarşılaşmanın qalibi elan olunub. Bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub.

Gecənin daha bir azərbaycanlı qalibi Elvin Kamilli olub. Gürcü idmançı Sandro Datanaşvili ilə üz-üzə gələn Elvin Kamilli elə birinci raundda qalib gəlib.

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Slovakiya, İsrail, Braziliyadan idmançılar mübarizə aparıblar.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 All News