Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazandılar

Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazandılar
19.11.2025 23:38 İdman

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.

TodayPress TV xəbər verir ki, bu gün yunan-Roma güləşində 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.

Murad Əhmədiyev (97 kq) misirli Mohamed Qabraya tam üstünlüklə (8:0), türkiyəli Beytullah Kayışdağa isə 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə iranlı olimpiya və ikiqat dünya çempionu Mohammad Saraviyə 1:5 hesabıyla məğlub olub və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.

Beka Kandelaki (130 kq) A qrupunda misirli Abdellatif Mohamed (3:4) və iranlı Fardin Hedayatiyə (0:8) uduzub.

Jalə Əliyeva (57 kq) A qrupunda tunisli Çad Jeljeli və banqladeşli Mimdən “tuş”la, türkiyəli Elvira Kamaloğludan isə 19:10 hesabıyla üstün olub. Qrupu maksimum nəticəylə lider başa vuran millimizin lideri yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovanın da kürəyini yerə sıxaraq, vaxtından əvvəl adını finala yazdırıb. Əliyeva son görüşdə yenidən Elvirayla qarşılaşıb. Türkiyəli güləşçiyə 6:2 hesabıyla qalib gələn Jalə titulunu qoruyub və ikinci dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Elnurə Məmmədova (50 kq) B qrupunda türkiyəli Zehra Demirhanı 8:5 hesabıyla üstələsə də, nigeriyalı Mersi Geneisi ilə bacarmayıb – 2:12. Qrup ikincisi kimi yarımfinala adlayan güləşçimiz özbəkistanlı Aktenge Keunimjayevaya (0:10) müqavimət göstərə bilməyib. Ancaq əlcəzairli Şebila Şeymadan (5:0) güclü olan Elnurə bürünc medalı boynundan asıb.

Gültəkin Şirinova 1/4 finalda qırğızıstanlı Aruuke Kadirbekqızıya 4:11 hesabıyla məğlub olub.

Qeyd edək ki, sabah daha 5 güləşçimiz xalçaya çıxacaq.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 All News