Futbol dünyası bir ulduzla vidalaşdı – Remsi getdi

Futbol dünyası bir ulduzla vidalaşdı – Remsi getdi
07.04.2026 15:14 İdman

Uels millisinin kapitanı, “Arsenal” və “Yuventus”un sabiq yarımmüdafiəçisi Aaron Remsi peşəkar futbol karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 35 yaşlı futbolçunun son klubu Meksikanın “Pumas” olub və o, 2025-ci ildə bu komandadan ayrılıb.

Remsi qərarını belə şərh edib:

“Bu, asan qərar olmadı. Uzun düşüncələrdən sonra futbol karyeramı başa vurmağa qərar verdim.

İlk növbədə Uels barədə demək istəyirəm. Bu formanı geyinmək və bu qədər unudulmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Bu, məşqçilərin və məni dəstəkləyən hər kəsin sayəsində mümkün oldu.

Daha sonra çıxış etdiyim bütün klublara təşəkkür edirəm. Mənə kömək edən məşqçilərə və əməkdaşlara minnətdaram.

Və əlbəttə ki, həyat yoldaşıma, övladlarıma və ailəmə xüsusi təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, bunların heç biri mümkün olmazdı”.

Qeyd edək ki, Aaron Remsi “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu qazanıb. “Yuventus” ilə isə İtaliya çempionu olub, həmçinin ölkə kuboku və superkubokunun qalibi adını qazanıb.

O, karyerası ərzində həmçinin “Kardiff Siti”, “Nottingem Forest”, “Reyncers” və “Nitsa” klublarında da çıxış edib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 All News