Fonseka: “O, oyunun taleyini təkbaşına həll edə bilən futbolçudur”

Fonseka: “O, oyunun taleyini təkbaşına həll edə bilən futbolçudur”
04.01.2026 10:45 İdman

“Lion” klubunun baş məşqçisi Paulu Fonseka “Real Madrid”dən mövsümün sonunadək icarəyə götürülən Endrik barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. 

Portuqaliyalı mütəxəssis bildirib ki, braziliyalı futbolçu komandaya çox tez uyğunlaşıb və artıq məşqlərə başlayıb:

“Endrik xüsusi keyfiyyətlərə malik oyunçudur. Bizə məhz bu profildə futbolçu lazım idi. Komanda onu çox yaxşı qarşıladı. Söhbət etdik, o, özünü xoşbəxt hiss edir, biz də belə səviyyəli oyunçunun heyətə qoşulmasından məmnunuq”.

Fonseka Endrikin fərdi keyfiyyətlərini də vurğulayıb:

“O, məsuliyyəti üzərinə götürə bilən futbolçudur. Texniki səviyyəsi yüksəkdir, sürətlidir. Həm hücumun mərkəzində, həm də sağ cinahda oynaya bilər. İlkin mərhələdə onu əsasən hücumçu mövqeyində görürəm”.

Baş məşqçi futbolçunun fiziki durumuna da toxunub:

“Madriddə məşq etdiyinə görə fiziki baxımdan hazırdır. Lakin oyun praktikasının azlığı səbəbindən hələ 90 dəqiqə oynamağa tam hazır olmaya bilər. Buna baxmayaraq, məşqlərdə yaxşı təsir bağışlayır və ciddi şəkildə köklənib”.

Fonseka hücum xəttində oynayan futbolçudan asılı olaraq komandanın taktiki modelinin də dəyişəcəyini qeyd edib.

Xatırladaq ki, Endrik “Lion”a mövsümün sonunadək icarə əsasında transfer olunub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi - Vəziyyət gərginləşir 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 All News