Ferstappen və Hemiltonun narazılığı təsadüfi deyil – F1 silkələnir

Ferstappen və Hemiltonun narazılığı təsadüfi deyil – F1 silkələnir
16.02.2026 11:44 İdman

Yeni mövsümə hazırlıq çərçivəsində təqdim edilən yeni güc qurğusu və texniki reqlament “Formula-1” dünyasında ciddi müzakirələrə səbəb olub. 

Bəhreyndə keçirilən testlər göstərdi ki, dəyişikliklər sadəcə texniki yenilənmə deyil. Bu, “Formula-1”in gələcək istiqamətini müəyyən edə biləcək strateji dönüş nöqtəsidir. Keçmiş pilot Devid Kulthardın Maks Ferstappen və Lyuis Hemiltonun tənqidlərinə dəstək verməsi isə narazılığın yalnız pilotlarla məhdudlaşmadığını göstərir.


Hemiltonun bolidlərin əvvəlkindən daha yavaş hiss olunduğunu deməsi əslində texniki fəlsəfə dəyişiminin göstəricisidir. Sürət yarışının yeni reqlamentində elektrik enerjisinin payı artırılır, yanacaq səmərəliliyi ön plana çıxarılır və “yaşıl” texnologiyalar tətbiq olunur. Bu isə klassik “Formula-1” azarkeşlərinin gözlədiyi maksimum sürət və aqressiv performansla ziddiyyət yarada bilər. Sürətin azalması televiziya məhsulu kimi yarışların vizual cazibəsini də risk altına qoyur.

Lando Norrisin enerji səmərəliliyi ilə bağlı tələbi yeni reqlamentin ən mübahisəli tərəflərindən biridir. “Formula-1”də pilotun rolu azalır, mühəndis strategiyası artır. 


Oskar Piastrinin “fəlakət resepti” kimi xarakterizə etdiyi yeni düzxətli rejim isə startlarda əlavə risk yarada bilər. Start fazası onsuz da “Formula-1”də ən təhlükəli mərhələlərdən sayılır. Bu səbəbdən innovasiya ilə təhlükəsizlik standartları uyğunlaşdırılmalıdır.


“Red Bull”un texniki direktoru Pyer Vaçenin minimal çəkiyə çatmağın çətin olacağını deməsi mühəndislər üçün ciddi çağırışdır. Elektrik komponentlərinin artması bolidin ümumi çəkisini artıra, idarəetməni çətinləşdirə və təkər aşınmasına təsir edə bilər. Ağır bolidlər isə döngələrdə sürəti azaltmaqla yarışların dinamizmini aşağı sala bilər.

Temp baxımından üstünlük qazanılması yeni reqlamentlərin həmişə olduğu kimi “boşluq” yarada biləcəyini göstərir. F1 tarixində 2014 hibrid erasının əvvəlində “Mercedes”, 2022 aero reqlamentində “Red Bull2 kimi nümunələr var. Əgər qaydalar düzgün balanslaşdırılmazsa dominantlıq dövrü uzana və yarışa maraq azala bilər.


Bir sözlə, 2026 reqlamenti ətrafında yaranan mübahisələr təsadüfi deyil. Yeni güc qurğuları və texniki dəyişikliklər “Formula-1”də sürət və şou elementi, enerji effektivliyi, təhlükəsizlik, mühəndislik kompleksliyi və komandalararası balans kimi fundamental məsələləri yenidən gündəmə gətirir. Bu səbəbdən “Formula-1” hazırda yalnız texniki transformasiya yox, həm də identiklik böhranı yaşayır. Tezliklə “Formula-1”in texnologiyanın vitrini olacağı, yoxsa yarış dramının zirvəsinə yüksələcəyinə aydınlıq gələcək. 

Namiq HUN

NEWS FEED
16 JUNE 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 All News