Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı

Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
30.05.2026 03:00 İdman

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini dərc edib.

TodayPress TV xəbər verir ki, dəyəri 9.5 milyard dollar qiymətləndirilən "Real Madrid" klubu siyahıya ardıcıl beşinci ildir başçılıq edir.

Ümumilikdə siyahıda 30 komanda yer alıb ki, onların ümumi dəyəri rekord həddə - 87 milyard dollara çatıb. Bir klubun orta qiyməti 2.9 milyard dollar təşkil edir ki, bu da ötən illə müqayisədə (2.4 milyard dollar) 21% çoxdur.

Ən bahalı klubların ilk onluğuna, həmçinin aşağıdakı komandalar daxil olub:

"Barselona" (İspaniya) - 7.5 milyard dollar;

"Mançester Yunayted" (İngiltərə) - 7.2 milyard dollar;

"Liverpul" (İngiltərə) - 6.2 milyard dollar;

PSJ (Fransa) - 5.8 milyard dollar;

"Bavariya" (Almaniya) - 5.7 milyard dollar;

"Mançester Siti" (İngiltərə) - 5.5 milyard dollar;

"Arsenal" (İngiltərə) - 5.4 milyard dollar;

"Çelsi" (İngiltərə) - 4.2 milyard dollar;

"Tottenhem" (İngiltərə) - 3 milyard dollar.

Reytinqdə klublarının sayına görə İngiltərə Premyer Liqası 11 klubla lider olub. Qeyd edək ki, başa çatan mövsümdə "Real" son beş ildə ilk dəfə olaraq heç bir titul qazana bilməyib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News