Dünya reytinqinin birincisi məşqçisindən ayrıldı

Dünya reytinqinin birincisi məşqçisindən ayrıldı
17.12.2025 17:20 İdman

“Böyük dəbilqə” turnirlərinin altıqat qalibi, dünya reytinqinin birincisi olan ispan tennisçi Karlos Alkaras məşqçisi Xuan-Karlos Ferrero ilə əməkdaşlığını başa çatdırdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bunu yazmaq mənim üçün çox çətindir. Yeddi ildən artıq birgə işdən sonra Xuanla əməkdaşlığımızı bitirmək qərarına gəldik. Uşaqlıq arzularımı gerçəyə çevirdiyin üçün təşəkkür edirəm. Bu yola mən hələ uşaq olanda başladıq və o, hər zaman - həm kortda, həm də kortdan kənarda yanımda oldu.

Biz zirvəyə yüksəldik və hiss edirəm ki, yollarımızın ayrılması məhz bu anda - bu yolu başlamağımızın səbəbi olan nöqtədə baş verməli idi. O, məni təkcə idmançı kimi deyil, ilk növbədə bir şəxsiyyət kimi yetişdirdi. Birgə işimizi çox yüksək qiymətləndirirəm. İndi hər ikimiz üçün dəyişikliklər, yeni macəralar və yeni layihələr dövrü başlayır. Amma əminəm ki, yeni uğurlar naminə hər zaman etdiyimiz kimi, bütün gücümüzü ortaya qoyacağıq. Sənə ürəkdən hər şeyin ən yaxşısını arzulayıram. Bilirəm ki, biz bir-birimizə verə biləcəyimiz hər şeyi verdik. Hər şey üçün təşəkkür edirəm, Xuan!” - deyə Alkaras düşüncələrini bölüşüb.

Qeyd edək ki, Karlos Alkaras cari mövsümdə iki “Böyük dəbilqə” turnirinin - “Rolan Qarros” və “US Open”in qalibi olub, üç “Masters” turnirində (Monte-Karlo, Roma və Sinsinnati) qələbə qazanıb, həmçinin üç “500-lük” turnirdə çempionluq edib. 

Bundan başqa Alkaras mövsümlərarası fasilədə ABŞ-nin Mayami şəhərində braziliyalı Joao Fonseka ilə sərgi matçında üç setdə qalib gəlib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
30 JULY 2026
HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 All News