Cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi oldu

Cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi oldu
04.04.2026 18:53 İdman

Aprelin 4-də Gəncə İdman Sarayında cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca iştirakçılar və qonaqlar salamlanıb, Gəncənin beynəlxalq idman yarışlarına ev sahibliyi edən şəhərlərdən biri kimi əhəmiyyəti vurğulanıb.

Açılış mərasimində bildirilib ki, turnir Avropa Cüdo Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.

Rəsmi hissədə Avropa Cüdo Birliyinin idman komissarı Patris Ronyu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə beynəlxalq yarışların təşkili və bu cür turnirlərin gənc idmançıların inkişafındakı rolu xüsusi qeyd olunub. Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan bütün tərəflərə təşəkkürlərini bildiriblər.

Daha sonra bədii hissə təqdim olunub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm və rəqs ansamblının çıxışı mərasimə xüsusi rəng qatıb.

Qeyd edək ki, Gəncədə təşkil olunan yeniyetmələr arasında Avropa Kuboku iki gün davam edəcək.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News