Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər!

Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər!
14.08.2026 10:09 İdman

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı keçirilir. 

TodayPress TV xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Boksçularımızdan üçü çempionata qələbə ilə başlayıb.

Gülər Hüseynova (51 kq) 1/8 finalda Nataşa Lukiçlə (Serbiya) döyüşüb. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda rəqibini 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, avqustun 17-də 1/4 finalda ilk mərhələdən azad olan Patrisia Petrimanla (Macarıstan) qarşılaşacaq.


Əli Əliyev (50 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda İmad Bouraouiaya (İtaliya) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Milli üzvü avqustun 15-də ikinci görüşündə Adrian Zameçiki (Slovakiya) sınağa çəkəcək.


Əli Baxışov (60 kq) da adını 1/8 finala yazdırıb. Təmsilçimiz Artur Avetisyanla (Ermənistan) döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (28:25, 27:26, 27:26, 27:26, 27:26). O, avqustun 16-da Petar Krpanla (Xorvatiya) üz-üzə gələcək. 

Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

NEWS FEED
14 AUGUST 2026
"Wildberries" anbarına dəyən dron zərbələri 11 milyon kitabı külə çevirdi 11:52 ABŞ xarici hakerlərə hücum edəcək 11:50 Yaponiyada güclü leysan 8 can aldı 11:04 Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır! 12:47 Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi 11:16 Moskvanın bütün hava limanları bağlandı 11:54 Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik 11:08 Pensiya alanlara xəbər: Bakı, Sumqayıt və Abşeronda... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi 11:20 Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Finlandiya uçuş qadağasını aradan qaldırdı 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Azərbaycan nefti ucuzlaşdı 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 All News