“Barselona”da yeni qalmaqal: Laporta Xavini hədəf aldı

“Barselona”da yeni qalmaqal: Laporta Xavini hədəf aldı
09.03.2026 14:54 İdman

Joan Laporta “Barselona klubunun gələcək planları barədə danışarkən əfsanəvi hücumçu Lionel Messi üçün abidə ucaldılması niyyətini təsdiqləyib.

TodayPress TV “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, o, klub stadionunun yenidən qurulması başa çatdıqdan sonra Messinin şərəfinə vida oyunu da təşkil olunacağını bildirib:

“Biz Messiyə abidə qoymaq və stadion tam hazır olduqdan sonra onun şərəfinə vida matçı keçirmək istəyirik”.

Klub rəhbəri eyni zamanda keçmiş baş məşqçi Xavi Hernandezi də tənqid edib. Onun sözlərinə görə, Xavi müəyyən dövrdən sonra özünə həddən artıq güvənməyə başlayıb və peşəkar fəaliyyətlə şəxsi həyatı balanslaşdıra bilməyib.

Laporta bildirib ki, Xavi bir vaxtlar “Barselona”nın “Real Madrid” ilə rəqabət aparmaqda çətinlik çəkəcəyini deyərək heyətin dəyişdirilməsini istəyib. Klub prezidenti isə belə yanaşmanın qəbul edilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Xavi də müsahibələrində “Barselona” rəhbərliyini heyətin gücləndirilməsində kifayət qədər dəstək verməməkdə tənqid etmiş və klubdan ayrılmasının səbəbləri barədə danışmışdı.

Namiq HUN

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 All News