Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazandı

Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazandı
21.07.2025 10:15 İdman

Azərbaycan atıcısı Ruslan Lunev Estoniyanın Tallin şəhərində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki böyük uğura imza atıb.

Bu barədə TodayPress TV-yə Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışın ilk günündə idmançı 25 metr məsafəyə sürətli atəş üzrə yarışda parlaq çıxış edərək bir çox güclü rəqibini geridə qoyub və ikinci yeri tutaraq Azərbaycanın aktivinə gümüş medal yazdırıb.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunev ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Theo Moczko-ya məğlub olaraq ikinci gümüş medalı qazanıb.

FOTOLAR

Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazandı — 1
Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazandı — 2
Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazandı — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Bütün Xəbərlər