Arteta Premyer Liqa tarixində ilkə imza atdı

Arteta Premyer Liqa tarixində ilkə imza atdı
20.05.2026 09:48 İdman

Mikel Arteta İngiltərə Premyer Liqası tarixində unikal nailiyyətə imza atıb.

TodayPress TV “TNT Sports”a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Premyer Liqada futbolçu kimi çıxış etdikdən sonra baş məşqçi qismində İngiltərə çempionu olan ilk şəxs olub. 

Arteta futbolçu karyerası ərzində “Everton” və “Arsenal” formalarını geyinib. O, “Everton”da 209, “Arsenal”da isə 150 oyunda meydana çıxıb.

İspaniyalı məşqçi çempionluq qazandıqdan sonra “Arsenal” futbolçularına müraciət edərək komandanın uğurunu dəyərləndirib.

“Biz yenidən tarix yazdıq. Bunu birlikdə etdik. Bu klubla əlaqəsi olan hər kəslə inanılmaz dərəcədə qürur duyuram və çox xoşbəxtəm. Gəlin bu anın həzzini çıxaraq”, - deyə Arteta bildirib.

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger komandanın 2025/2026 mövsümündə İngiltərə çempionu olmasına münasibət bildirib.

Təcrübəli mütəxəssis “Arsenal”ın rəsmi sosial şəbəkə hesabında futbolçuları və azarkeşləri təbrik edib.

“Bunu bacardınız.

Çempionlar başqaları dayandığı anda yoluna davam edir.

Bu sizin zamanınızdır. Gedin və hər anın dadını çıxarın”, - deyə Venger bildirib.

Qeyd edək ki, 37-ci turda “Arsenal” evdə “Börnli” üzərində 1:0 hesablı qələbə qazanıb. Paralel oyunda isə “Mançester Siti” səfərdə “Bornmut” ilə 1:1 hesablı heç-heçə edib. 

Nəticədə “Arsenal” 2025/2026 mövsümündə 82 xal toplayaraq vaxtından əvvəl İngiltərə çempionu olub. London təmsilçisi bununla da 22 illik çempionluq həsrətinə son qoyub.

Xatırladaq ki, “Arsenal” sonuncu dəfə 2003/2004-cü illər mövsümündə məhz Arsen Vengerin rəhbərliyi altında İngiltərə çempionu olub. 

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News