AFFA tərəfindən klub nümayəndələri ilə onlayn görüş keçirildi

AFFA tərəfindən klub nümayəndələri ilə onlayn görüş keçirildi
21.11.2025 23:00 İdman

AFFA tərəfindən Premyer Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib.

TodayPress TV xəbər verir ki, iclasın əsas mövzusu Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi olub. Bu proses mahiyyət etibarilə, klubların lisenziyalaşdırılması qaydalarında əks olunan tələblərin daha səmərəli icrasını təmin edən əsas mexanizm kimi təqdim edilib.

Görüşdə AFFA rəhbərliyi və müvafiq struktur bölmələrinin nümayəndələri – baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəisi Seyran Kərimli, şöbənin uşaq-gənclər futbolu üzrə əlaqələndiricisi, məşqçi-koordinator Sərxan Hüseynov və Maliyyə departamentinin maliyyə nəzarəti şöbəsinin rəisi Rəşad Babayev iştirak ediblər.

Tədbirdə akademiyaların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, lisenziyalaşdırma prosesinin tələblərinə uyğunluğun artırılması və klublara metodiki dəstək mexanizmləri barədə geniş məlumat verilib. Görüşün sonunda iştirakçı klubların nümayəndələri ilə fikir mübadiləsi aparılıb və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 All News